Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2017
15:18
Qida məhsullarının istehsalı artıb

Yanvar-oktyabrda qida məhsullarının istehsalı 0,9 faiz artıb.

Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 6,6 faiz azalma, qida məhsullarının istehsalında 0,9 faiz, içki istehsalında isə 24,7 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 4,5 faiz, kolbasa məmulatlarının istehsalı 43,8 faiz, duru bitki yağlarının istehsalı 4,0 faiz, marqarin istehsalı 13,0 faiz, cem və marmeladların istehsalı 2,0 faiz, pivə istehsalı 29,5 faiz, alkoqolsuz içkilərin istehsalı 3,6 faiz artıb, qənd və şəkər tozu istehsalı isə 46,5 faiz azalıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qida məəhsulları 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 10:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com