Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 Noyabr

2017
10:10
840
Ekspert mənzil fırıldaqçılığı ilə mübarizə aparmağın yollarından yazdı

Bir mənzilin eyni zamanda bir neçə vətəndaşa satılması ciddi narahatlıq doğururdu. Artıq məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq. Tanınmış iqtisadşı ekspert Vüqar Bayramov qanuna ediləcək dəyişikliyə münasibət bildirib. Faktxeber.com yazını oxucularımıza təqdim edir:

Eyni mənzilin bir neçə nəfərə satılması problemi uzun müddətdir ki, müzakirə edilən məsələlərdən idi. Xatırlayırsınızsa 3 il öncə bununla bağlı təkliflərimi hökumətə də təqdim etmişdim . Artıq həmin təkliflərdən bir neçəsi nəzərə alınaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna dəyişikliklərə əlavə edilib. Yeni qaydalara əsasən, “qabaqcadan qeydiyyat” institutu təkmilləşdiriləcək və mənzillərin satışı zamanı daşınmaz əmlakın dövlət reyestri aparılacaq. Mülkiyyətçi ilə mənzil alan arasında müqavilə notariat qaydada bağlannmalıdır. Bu qaydaların tətbiqi yubansa da amma bütün hallarda qanunvericiliyə edilən dəyişikliklər müsbət qiymətləndirilməlidir. Çünki bu mənzil fırıldaqçıların “əl-qolunu bağlayacaq”. Güman olunur ki, yeni qaydalar eyni mənzilin bir neçə nəfərə satlmasının qarşısını almağa yardım edəcək.

Bununla yanaşı, fikirmizcə, prosesin tamamən şəffaflaşması üçün bir müddət öncə hazırladığımız təkliflərin hamısının qəbul edilməsinə ehtiyac var. Əvəlla, bir sıra MDB ölkələrində olduğu kimi Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb-səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu eyni zamanda, şirkətlərin şəffaf işləməsinə imkan yaradır. İkincisi, satılan mənzillərin elektron qeydiyyatını aparılması icbari xarakter daşımalıdır. Yəni, məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılbsa artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir. Üçüncüsü, hətta “kupçası” olmayan mənzillərin də satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Ödənişlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir. Dördüncüsü, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var.

Məqalədə : Vüqar Bayramov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 13:03

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru