Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2017
09:48
Təhsil İdarəsi: Bakı məktəblərində qış mövsümünə hazırlıq işləri başa çatıb

"Bakıda yerləşən ümumi təhsil məktəbləri üzrə qış mövsümünə hazırlıq işləri başa çatıb".

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

"2017-2018-ci tədris ilində payız-qış mövsümünə hazırlığın yoxlanılması məqsədi ilə monitorinqlər aparılıb və aşkarlanan müvafiq problemlər aradan qaldırılıb", - idarənin cavabında bildirilib.

Qeyd olunub ki, qazanxanalar, istilik boruları və radiatorlar yoxlamadan keçirilib, məktəblərdə müvafiq təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə ocaqçılar da təlimlərə cəlb edilib.

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 138-i “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 169-u fərdi qazanxana vasitəsilə, 3-ü isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir"- idarədən əlavə olunub.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin istiliklə təchiz edilməsi hər il müvafiq olaraq noyabrın 15-i başlayır və aprelin 15-dək davam edir.(Report)

Məqalədə : Təhsil İdarəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
253

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
443
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 02:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru