Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2009
14:15
Medvedev-Putin tandemini bu cür kolajladılar
Rusiya dövlət başçısı Dmitri Medvedevlə Rusiya baş naziri Vladimir Putin arasında uyğun rəhbərlik addımları var.

Rusiya dövlət başçısı Dmitri Medvedevlə Rusiya baş naziri Vladimir Putin arasında uyğun rəhbərlik addımları var. Putinin baş nazirlik kreslosunda qalmağa dözə bilməyəcəyini iddia edənlər yanıldı. Rusiyanın hər tərəfini qarış qarış gəzən və xalqın problemləri ilə bir-bir maraqlanan Putinin məşhurluğu böhrandan çıxış siqnallarının gəldiyi günlərdə yenidən artır.

On ildir ölkə rəhbərliyində olan Rusiya baş naziri, fasiləsiz iqtisadi artım, siyasi sabitlik və beynəlxalq sahədə Rusiyanı yenidən super liqaya daşıması sayəsində xalqın yüzdə 80-nin dəstəyini almış vəziyyətdədir. Putin və rəhbərliyinə dəstək, böhran müddətində bir miqdar düşsə də, hələlik Rusiya rəhbərliyində alternativ yoxdur. İqtisadi böhran müddətində də idarəsini əldən buraxmayan və gözləntilərin əksinə, idxal-ixrac tarazlığını qorumağı bacaran Putin, indi ölkənin böhrandan çıxışını təmin etmək üçün işlərinə sürət verib. Neftin barrel qiymətlərinin yenidən yüksəlməyə başlaması ilə birlikdə canlanan ölkə iqtisadiyyatı gələcək il üçün yüzdə 3 artın nəzərdə tutur. Rusiya İqtisadiyyat Nazirliyinə görə, 2012-ci ildə 2008-ci il səviyyəsinin tutulması mümkün olacaq.

Kremlində təsirsiz bir başçı olaraq oturacağı və Putinin kölgəsində qalacağı qeyd eilən Medvedev də kreslosuna xeyli alışdı. Son sorğulara görə, Medvedevə də xalqın dəstəyi yüzdə 70-dən artıqdır. 8 avqustda reallaşan Gürcüstan-Rusiya müharibəsini gecə yarısı qəbul etdiyi çətin qərarla başlayan Medvedev, liberal meylli siyasətlərə üstünlük verir. Rusiya Mərkəzi Məscidini ziyarət edən, Qafqaz bölgəsi din adamları ilə bir araya gələrək problemlərini dinləyən Rusiya lideri, İslam dininin terrola birgə hallandırılmasına da qarşıdır. Rusiyanın fərqli mədəniyyət və birliklərinin simpatiyasını qazanmağı bacaran Medvedev, xarici siyasətdə təsirli addımlar atmağa davam edir.

Rusiya xalqı da qısa müddətdə Putin-Medvedev tandeminin ölkəni idarə etməsinə alışdı. Bəzən çarlara bənzədilən, bəzən matruşkalarda görünən liderlər üçün dizaynerlər daha bir maraqlı iş görüb. İndi xalq ikilinin ayrı-ayrı fotoşəkilləri yerinə, Rus internet saytlarında məşhur hala gələn kollaj edilmiş tək fotoşəkillə liderlərini otaqlarının ən gözəl yerinə əsa biləcəklər.

 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6915

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5769

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7283

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7287

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10232

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6997
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 21:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru