Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Oktyabr

2017
15:20
5396
Ölkəmizdə 41 siyasi partiya ləğv oluna bilər

Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 45-i Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdim edib. Ancaq bu partiyalardan 31-nin hesabatı boş olub. Yəni, onların fəaliyyətsiz olduğu göstərilib.

Yalnız 14 siyasi partiya - Yeni Azərbaycan Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Aydınlar Partiyası, Ədalət Partiyası həqiqətən maliyyə hesabatı təqdim ediblər. 10 siyasi partiya ümumiyyətlə hesabat təqdim etməyib, 31 partiyanın isə hesabatı boş kağızdan ibarət olub. Bu isə onu göstərir ki, Azərbaycanda 41 siyasi partiya fəaliyyətsizdir və onların dövlət qeydiyyatı ləğv oluna bilər.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Komitə sədri deyib ki, dəyişikliklər siyasi partiyalarda şəffaflığın artırılması, yəni maliyyə mənbələri və maliyyənin haraya sərf olunması ilə bağlıdır: “Azərbaycanda bir sıra siyasi partiyalar boş hesabat verirlər, bir sıra partiyalar ümumiyyətlə, hesabat vermirlər. Bəzilər isə hesabatı düzgün vermirlər. Bu partiyalar barəsində məsələ hüquqi yolla tənzimlənməlidir".

Böyük Quruluş partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, hesabat verməyən siyasi partiyalar haqqında ölçü götürülməlidir: “Qanunun tələblərinə əməl edilməldir. Əgər tələb olunursa, deməli, hesabat vermək lazımdır. Biz hesabat veririk. Digər siyasi partiyalar da maliyyə hesabatını təqdim etməlidir. Bu, qanunun tələbidir. Hesabat verməyənlər məsuliyyət daşıyır. Hesabat verməyən siyasi partiyaların qeydiyyatı ləğv olunmalıdır”.(azvision)

Məqalədə : Partiyalar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
208

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
159

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1159

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
139

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
692

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
719

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
306
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 06:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru