Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2017
15:35
Ağsu aşırımı yararsız hala düşə bilər - XƏBƏRDARLIQ!

"Son zamanlar yağışların intensiv xarakter alması nəticəsində risk daşıyan ərazilərdə sürüşmələr intensivləşib. Həmin ərazilərdə nəinki sürüşmələr, digər təbiət hadisələrində də intensivlik müşahidə edilir. Bunun əsas səbəblərindən biri Azərbaycanda əhalinin sayının artması, insanların əvvəlki illərdən fərqli olaraq daha çox təhlükə daşıyan yamaclara, dağlıq ərazilərə meyl etməsidir”.

Bunu APA-ya açıqlamasında  Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sürüşmə riski daşıyan ərazilər ən çox alçaq və orta dağlıq zonalardır. Şöbə müdiri qeyd edib ki, əvvəllər sürüşmələr orta dağlıq ərazilərdə daha intensiv olsa da, son zamanlar bu proses alçaq dağlıq əraziləri də əhatə edib.

M.İsmayılov deyib ki, orta dağlıq ərazilərə yağıntının daha çox, alçaq dağlıq ərazilərə isə az düşməsi sürüşmələrin baş verməsində mühüm rol oynayır. O vurğulayıb ki, son zamanlar dağlıq ərazilərin intensiv mənimsənilmə prosesi ilə əlaqədar alçaq və yüksək dağlıq hissələrdə sürüşmələr çox fəallaşıb: “Ağsu aşırımı həmişə sürüşmə baxımından fəal olub. Bu gün bizim cəmi 11 faiz meşəmiz var və bu rəqəm orta dünya göstəricilərindən 3 dəfə azdır. 11 faiz meşənin içərisində də turizm mərkəzlərinin yaradılması qətiyyən yolverilməzdir. Sürüşmələrin, sellərin fəallaşmasına səbəb olan amillərdən biri də budur. Məsələn, Ağsu aşırımında nə qədər istirahət zonaları yaradılıb, səth sularının axını tamamilə pozulub. Bunun nəticəsində Ağsu aşırımı bu gün öz tarazlığını tamamilə itirib. Orada şam ağacları əkilib. Amma bu ağacın kökü dərinə getmir və şam ağacı ilə yamac bərkitmə işləri görməzlər. Bunu botaniklər və digərləri də bilirlər. Biz sadəcə, hər şeyi tez həll etmək istəyirik. Amma yaxşı həll etmək daha yaxşıdır”.

Şöbə müdiri əlavə edib ki, bu gün ölkədə sürüşməyə qarşı tədbirlər çox zəif görülür. Onun sözlərinə görə, sürüşmənin qarşısını almaq üçün alçaq dağlıq zonalar üçün səciyyəvi olan bitkilərdən istifadə etmək olar: “Məsələn, kökü dərinə gedən saqqız ağacından istifadə etmək olur. Onların kökü dərinə getdiyinə görə laylarda sürüşməni müəyyən qədər azaldır”.  

Məqalədə : Ağsu aşırımı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19165

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17792

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19142

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18718

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24261

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18701

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18856
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 08:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru