Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Oktyabr

2017
12:25
723
Sabaha yağış gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Faktxeber.com-a verilən məlumata görə, oktyabrın 20-də gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, arabir güclənəcək.  

Havanın temperaturu gecə 10-13° isti, gündüz 18-21° isti, Bakıda gecə 11-13°, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

Məqalədə : Yağış gözlənilir 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru