Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Oktyabr

2017
12:18
603
XİN Qarabağa gedən məşhur teleaparıcı ilə bağlı araşdırmaya başladı

Xəbər verdyimiz kimi, tanınmış amerikalı teleaparıcı, CNN-nin efirində yayımlanan “Parts Unkown” verilişinin aparıcısı Entoni Burden Dağlıq Qarabağa qanunsuz səfər edib. Kulinariya sahəsi ilə bağlı veriliş üçün işğal altındakı Azərbaycan torpaqlarına gedən Burden verilişinin növbəti buraxılışını Qarabağa həsr edəcək.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a açıqlama verib: 

“Hazırda məsələ araşdırılır və Xarici İşlər Nazirliyi tərəfindən lazımi  tədbirlər görüləcək”.

Qeyd edək ki, çəkilişləri davam edən epiozodun 2018-ci ilin yazında CNN-in efirində yayımlanacağı gözlənilir.

Məqalədə : xin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru