Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Oktyabr

2017
11:52
630
Gələn ilin dövlət büdcəsinin layihəsi parlamentə daxil olub

2018-ci ilin dövlət büdcəsinə dair qanun layihəsi artıq parlamentə daxil olub.

Bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında komitə sədri Ziyad Səmədzadə  məlumat verib.

"Artıq büdcə zərfi parlamentdədir. Sənəd 1-2 günə bütün millət vəkillərinə, o cümlədən, komitəmizin üzvlərinə paylanılacaq. Mən xüsusilə komitəmizin üzvlərini büdcə ilə bağlı təşkil olunacaq müzakirələrdə fəal olmağa səsləyirəm. Çox güman ki, bu ayın sonu, gələn ayın ilk günlərində digər komitələrlə birgə komitəmiz büdcə müzakirələrinə başlayacaq", - deyə Z. Səmədzadə əlavə edib.

Məqalədə : Dövlət büdcəsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru