Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Oktyabr

2017
15:23
2952
Fiziki qüsurlu insanlarla fikri qüsurlu insanların mübarizəsi - MÖVQE

Leyla Tağızadə / M.Rahim adına 7 saylı orta məktəbin X sinif şagirdi


Məşhur bir filosofa görə hər insanın xüsusi istedadı var. Əsas məsələ, həmin istedadı üzə çıxarmaqdır. Bu xüsusiyyət  insanın dilinə, dininə, irqinə görə dəyişiklik göstərmədiyi kimi xarici görünüşünə görə də dəyişmir.

Əslində, geniş yayılmış fikrin əksinə olaraq demək mümkündür ki, fiziki  qüsurlu insanların xüsusi istedadları olmur. Onlar sadəcə, vücudlarının onlara tanıdığı imkanlarla nə iş bacara biləcəklərini  kəşf etmək üçün özlərinə daha çox vaxt ayırırlar. Amma etiraf etmək lazımdır ki, onların mövqeyindən bu iş daha çətindir.

Təəssüflər ki, müasir cəmiyyətdə belə insanların fərqliliklərini dərk etməkdə aciz olan fikri qüsurlulara görə, belə insanlara dünyada nəzər nöqtəsi ağ-qara rənglərdən kənara çıxmır və onlar kəşf olunmamış gövhərlər kimi qalırlar. Bir fərd olaraq hər birimizin borcudur ki, onlara bu cəmiyyət üçün lazım olduqlarını və önəm verildiklərini hiss etdirək, həmçinin bu fikirləri gələcək nəsillərə aşılayaq.

Bunun üçün isə ilk növbədə özümüzdən başlayaraq ətrafımızı, geniş mənada isə dünyanı dəyişdirməliyik.

Parklarda metrolarda, ictimai nəqliyyatda bu insanlar kifayət qədər çətinliklə üzləşirlər. Məsələn, metrolarda, bəzi nəqliyyat vasitələrində belə insanların nəzərə alınmaması, parklara onların daxil olması üçün qoyulmuş pilləkanlarda meyilliliyinin çox olması, əksər işıqforlarda görmə məhdudiyyətli insanların nəzərə alınmaması zatən onlar üçün çətinlik törədir. 

Bu azmış kimi qüsurları səbəbindən sanki başqa planetdən gəlmiş varlıq görmüş kimi onlara gözlərini dikənlər, alçaldıcı baxışlarla süzənlər də bu insanlar üçün yaşayışı kifayət qədər çətinləşdirir.

Həyatda başımıza hər an hər şey gələ bilər. Axtarsaq, problemlərdən, qarşılaşdığımız çətinliklərdən çıxış yolu var. Təki fikri qüsurlulardan olmayaq. Bu xəstəliyin müalicəsi isə çox çətindir, bəzən də mümkün deyil.

Məqalədə : fiziki qüsurlu insanlar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru