Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2017
11:23
2899
Zaqataladakı fındıq zavodu özəlləşdirməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 7-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirəcək.

Hərraca 161 dövlət əmlakı, o cümlədən 76 kiçik dövlət müəssisə və obyekti, 55 istifadəsiz qeyri-yaşayış sahəsi, 21-i səhmdar cəmiyyəti və 9 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr, məsələn, “Sabirabad Mexanikləşdirmə”, “Zaqatala Fındıq”, “Anar ”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digərləri var. Hərraca həmçinin "Boradigah Çay-2" ASC-nin yerləşdiyi torpaq sahəsi çıxarılıb.

Həmin səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 28 572 manatdan 850 208 manata qədər dəyişir. Onların arasında ilkin start qiyməti ən çox olan əmlak “Sabirabad Mexanikləşdirmə” ASC-dir. Müəssisənin səhmlərinin 30%-nə 128 min manat qiymət qoyulub. Qiyməti ilə digərlərindən fərqlənən “Zaqatala Fındıq” ASC-nin isə 30% səhmi isə 126 min manata təklif olunur.

Hərracda sahibini tapacaq kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Sumqayıt şəhərlərində, Yevlax, Qazax, Sabirabad, Saatlı, Astara və digər rayonlarda yerləşir. Onların ümumi faydalı sahəsi 25 - 4386 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisəsi Balakəndə yerləşən Əmlak kompleksidir. Adı çəkilən əmlak 550 min manata təklif edilir. Onun torpaq sahəsi 90 min kv.m-ə, ümumi faydalı sahəsi isə 3 min kv.m-ə yaxındır və torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC və Nərimanov rayonunda yerləşən 7 saylı mağaza da qiyməti ilə seçilənlər sırasındadır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Gəncə şəhərində yerləşən 176 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 450 kv.m-dir.

Özəlləşdirilməyə açıq elan edilmiş istifadəsiz qeyri-yaşayış sahəsindən isə 50-si paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

Hərracda özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Əsasən Rusiya istehsalı olan avtomobillər üstünlük təşkil edir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1145

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 02:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru