Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Oktyabr

2017
10:35
Paytaxtda yeni dayanacaqlar quraşdırıldı - FOTO

Faktxeber.com məlumat verir ki, Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında nəqliyyatın və əhalinin rahat, təhlükəsiz eləcə də maneəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirlərini davam etdirir.

Bu çərçivədə nəqliyyat axınının intensiv olduğu və əsasən əhalinin sıx məskunlama zonasından keçən Abbas Mirzə Şərifzadə küçəsində təhlillər aparıb. Agentliyin mütəxəsisslərinin apardığı təhlillər zamanı küçədə mövcud olan yol-nəqliyyat infrastrukturunun vəziyyəti öyrənilib, nəqliyyatın axını araşdırılaraq buna maneə yaradan amillər müəyyənləşdirilib. Digər nəqliyyat vasitələrinin avtobus dayanacaq məntəqəsi ərazisində qanunsuz park edilməsi, eyni zamanda parklanma yerlərinin dayanacaq məntəqələrinə yaxın olması, bunun isə gün ərazində xüsusən də pik saatlarda küçədə nəqliyyatın intensiv axınına ciddi maneə yaratması müəyyən edilən əsas problemlərdəndir. Məhz bu səbəbdən də ümumi istifadədə olan nəqliyyat vasitələrinin (sərnişin avtobusları) dayanacaq məntəqələrinə daxil olmasında və sərnişinlərin avtobuslardan rahat və təhlükəsiz şəkildə minib düşməsində çətinliklər yaranır.

Bununla yanaşı, dayanacağa daxil ola bilməyən avtobuslar yol hərəkət hissəsində saxlayır ki, bu da küçə boyunca nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranması ilə nəticələnir. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədilə, Bakı Nəqliyyat Agentliyinin hazırladığı tədbirlər planına uyğun olaraq, 2 məntəqədə yeni dayanacaq məntəqəsinin təşkili, 4 məntəqədə nəqliyyat vasitələrinin hərəkətinə ləngimələr yaradan bəzi dayanacaq məntəqələrinin yerinin dəyişdirilməsi, yeni taksi dayanacaq məntəqələrinin müəyyən edilməsi, parklanma yerlərinə təkrar baxılması və çatışmayan yol nişanlarının quraşdırılmasına başlanılıb. Artıq 3 saylı “ASAN” Xidmətin inzibati binasının qarşısındakı parklanma yerləri ləğv edilərək 30 metr məsafədə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilib, metronun “İnşaatçılar” stansiyasının qarşısında dayanacaq məntəqəsi üçün nəzərdə tutulmuş ərazi 30 metrdən 70 metrə qədər genişləndirilib. Bundan əlavə, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı taksi minik avtomobillərinin dayanması üçün dayanacaq məntəqəsi də təşkil edilib.

Məqalədə : BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47126

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45305

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46875

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46495

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52041

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46190

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46668
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 07:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru