Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Oktyabr

2017
10:55
2340
Allahşükür Paşazadə özü və ailəsi haqqında yayılan xəbərlərə münasibət bildirib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə son günlər mətbuatda özü və ailəsi haqqında yayılan xəbərlərlə münasibət bildirib.

FaktXeber.com-un məlumatına görə, A.Paşazadə "Azərtac"a müsahibəsində bildirib ki, fitnə xarakterli məlumatlar müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə gündəmə gətirildikdən sonra bir çox mötəbər şəxslər, sadə dindarlar da zəng vuraraq bundan hiddətləndiklərini bildiriblər: "İdarəmiz adından açıqlama yaymaqla kifayətləndik. Lakin bu iftiraların arxasında din-dövlət münasibətlərinə xələl gətirmək istəyən müəyyən qüvvələrin təxribatlarının olması da istisna deyil. Ölkəmizə, onun mənafelərinə, maraqlarına, nüfuzuna, bəlli müstəvilərdə mövqeyinə xələl gətirməkdən başqa bir şeyə xidmət etməyən dedi-qodulara cavab vermək izafi vaxt itkisi olar. Biz öz işimizlə, fəaliyyətimizlə, xalqımıza, dövlətçiliyimizə, dini-mənəvi dəyərlərimizə xidmətimizlə hər bir böhtanın, şərin öhdəsindən gəlmək iqtidarındayıq və bunu da edirik. Uca Allah müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur: "Xeyirli işlər görün, Allah, onun Peyğəmbəri və möminlər əlbəttə ki, əməllərinizi görəcəklər.""

Məqalədə : Allahşükür Paşazadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 13:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru