Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 Oktyabr

2017
10:14
3135
Evindən 18 ədəd silah çıxıb, 59 nəfəri öldürüb, amma TERRORÇU DEYİL

ABŞ-ın Las-Veqas şəhərində yerləşən “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddok izdihama atəş açıb, daha sonra isə intihar edib. Qeyd edək ki, bu faciə ABŞ tarixində insanların atəş nəticəsində kütləvi şəkildə qətlə yetirildiyi ən qanlı hadisə adlandırılıb. Hadisə nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.

FaktXəbər-in məlumatına görə, bunu Las-Veqasın şerifi Cosef Lombardo keçirdiyi mətbuat konfransında bəyan edib.

“Ölən və yaralananların sayı artıb. Hazırda 59 nəfərin öldüyü təsdiqlənib, xəsarət alanların sayı 527 nəfərə çatıb”, deyə C.Lombardo bildirib.

Kütləvi qətliamdan sonra İŞİD terror təşkilatı hadisədən sonra məsuliyyəti boynuna götürüb.

Stiven Paddokun evində axtarış aparan polis isə 18 ədəd odlu silah, partladıcı maddə və patronlar aşkar edib.

Onun avtomobilinə baxş zamanı isə ammonium-nitrat maddəsi tapılıb. Qeyd edək ki, ammonium-nitrat maddəsindən bomba hazırlanmasında istifadə olunur.

CBS telekanalının məlumatına görə, 64 yaşlı Stiven Paddok altı illik evlilikdən sonra 1990-cı ildə arvadından boşanıb. Cütlüyün uşaqları olmayıb. 2015-ci ildə Meskit şəhərində (Texas ştatı) ev alan S.Paddok Meril Denli adlı qadınla birgə yaşayıb. S.Paddokla 62 yaşlı qadın arasında rəsmi nikah olmayıb. Həmçinin Stiven Paddokun vaxtilə “Lockheed Martin” aerokosmik korporasiyasında işlədiyi üzə çıxıb. Şirkət artıq S. Paddokla bağlı istintaqa müvafiq xidməti sənədləri təqdim etməyə hazır olduğunu bəyan edib. 

NBC telekanalı ABŞ hüquq-mühafizə orqanlarına istinadən məlumat verib ki, Stiven Paddok hadisədən əvvəl kazinoda qumar oyunları ilə bağlı böyük məbləğdə pul transferi həyata keçirib.

Söhbət on minlərlə dollar məbləğində pul köçürməsindən gedir. Hələ ki pul transferinin Paddokun kazinoda udub-uduzmaması ilə əlaqəsi müəyyən edilməyib. Cinayətkarın qardaşı Erik Paddok Stivenin tez-tez hotellərdəki kazinolara getdiyini, orada qumar oyunları oynadığını təsdiqləyib.

Federal Təhqiqatlar Bürosunun (FTB) Las-Veqas üzrə nümayəndəsi Aaron Rauz bəyan edib ki, qətliamı törədən Stiven Peddokun  terror qruplaşmaları ilə əlaqəsi olmayıb.

İŞİD terror təşkilatı isə hadisənin məsuliyyətini öz üzərinə götürüb və bəyan edib.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) isə Las-Veqasdakı hadisə ilə əlaqədar tələsik nəticə çıxarmamağa çağırıb. MKİ-nin nümayəndəsi bildirib ki, İŞİD-in iddialarından xəbərləri var.

Hadisənin maraqlı tərəfi budur ki, baş verən kütləvi insan tələfatına baxmayaraq, FTB və MKİ hadisənin terror aktı olmadığını bəyanlayırlar. Yəqin ki, səbəb aydındır: qətliamı törədən hər hansısa bir müsəlman ölkəsinin nümayəndəsi deyil. Görəsən terrorçu və ya terror hadisəsi necə olur? 59 nəfər ölüb, baş verən qarışıqlıqda 527 nəfər yaralanıb, evindən 18 ədəd odlu silah çıxıb, maşınından partlayıcı hazırlamaq üçün ammonium-nitrat maddəsi tapılır, amma bu terrorçu deyil. Amma bir müsəlmanın əlində bıçaq saxlasalar, heç bir araşdırma aparılmadan dərhal terrorçu elan olunur.

Boston hadisəsini hamı yaxşı xatırlayır. Nümayiş zamanı baş verən partlayışda 1 nəfər ölmüşdü. Hadisəyə məsul kimi əslən çeçen olan Tamerlan və Cövhər Çarnayev qardaşlarını göstərdilər və dərhal da terror aktı adlandırdılar. Tamerlanı öldürdülər, Cövhər barəsində isə 15 may 2015-ci ildə keçirilən məhkəmədə ölüm hökmü çıxarıldı. Cövhər atasına yazdığı son mesajında bildirir ki, sözügedən hadisəni heç zaman etməyib: "Bu mənim sonuncu mesajımdır. Polis məni günahkar bilir. Mən heç zaman bunu etməmişəm. Boynuma atırlar. Ata, məni bağışla. Təəssüf edirəm ki, bu cür oldu..."

Breyvik Norveçdə 70-dən çox tələbəni gülləbaran edərək həyatına son qoydu, amma o da terrorçu elan edilmədi, indi də həbsxanada kefdə-damaqdadır.

Bu qədər sadə...

Məqalədə : Las-Veqas 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru