Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2017
12:19
4212
Mərkəzi Bank sədri: `Müəyyən dsərəcədə inflyasiya gözləyirik

"İnflyasiyanın səviyyəsi ilə bağlı proqnoz vermək çətindir. Mənim fikrimcə, mövsümi amillərdən yəni, yay fəsli ilə əlaqədar ərzaq məhsullarında ucuzlaşmadan sonra qarşıdakı aylarda inflyasiya "sıçrayışı" olmayacaq".

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, hökumət ilin sonuna inflyasiyanın sürətlənməsini gözləmir: "Bilirsiniz ki, istehlak səbətində ərzağın payı əhəmiyyətlidir. Hər hansı fundamental amil, xarici amildən, yəni inflyasiya ixracından başqa inflyasiyanın sürətlənməsinə səbəb olan daxili amil görmürük".

E.Rüstəmov əlavə edib ki, hökumətin hələ də müəyyən dərəcədə inflyasiya ilə bağlı gözləntiləri qalıb: "Bizim əsas vəzifəmiz ilin sonuna qədər bu gözləntiləri effektiv idarə etməkdir".(APA)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : inflyasiya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 12:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com