Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2017
13:01
Həmas Qəzzanı Mahmud Abbas hökumətinə təhvil verdi

FaktXəbər-in verdiyi məlumata görə, Həmas rəhbərliyi Misirdə həyata keçirdiyi müzakirələrdən sonra gözlənilməz addım atıb. Mart ayında Qəzzada yaratdığı İnzibati Komitə ləğv etmə qərarı alıb.Həmas, Fələstindəki mart ayında yaratdığı İnzibati Komitəni siyasi pərakəndəliyə son qoymaq üçün ləğv etdiyini bildirib. Fələstin Koalisiya Hökumətinin Qəzzada idarəetməni təhvil almasını istəyən Həmas, parlament seçkilər keçirilməsinə və Fəth ilə dialoqa hazır olduğunu açıqlayıb. Xitam qərarı, tərəflərin Misirdəki görüşündən sonra verilib.

Fəth hərəkatı bu açıqlamanı məmnuniyyətlə qarşılayıb. Fələstin Koalisiya Hökuməti yaxın zamanda Qəzzada idarəetməni təhvil alacaq.

Qeyd edək ki, Fələstin prezidenti Mahmud Abbas, İnzibati Komitə yaradılandan sonra Qəzza zolağına qarşı iqtisadi sanksiya qərarı almışdı. Misir və İsrail də son illər Qəzza zolağına qarşı ağır embarqo və blokada tətbiq edirdi. Qəzza zolağına sanksiyalar nəticəsində bölgəyə gündə iki saat elektrik enerjisi verilirdi. 

Məqalədə : Həmas 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
370

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
719
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 23:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru