Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2017
11:00
Bakıdakı yeraltı dayanacaqlar özəlləşdiriləcək

2013-2014-cü illərdə istifadəyə verilən, ümumi tutumu 4500 avtomobil olan ikimərtəbəli yeraltı dayanacaqlar investorlara veriləcək. Azadlıq Meydanı və Qış Parkının altında tikilmiş bu pullu dayanacaqların hansı şərtlərlə investorlara idarəetməyə təklif olunacağı isə, hələlik, bəlli deyil.

Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhər İcra Hakimiyyətinin balansında olan bu iki yeraltı avtomobil dayanacağının idarəetməyə verilməsi məqsədilə hazırlığa başlayıb. Onların texniki göstəriciləri tərtib edilərək, “Özəlləşdirmə” portalı vasitəsilə ictimaiyyətə təqdim olunub. Qurumun sözçüsü Qulu Xəlilov məlumatı təsdiqləsə də, obyektlərin idarəetməyə verilməsindən ötrü müsabiqənin nə zaman təşkil ediləcəyi barədə məlumatsız olduğunu bildirib.

Dayanacaqlar dövlətə baha başa gəlib

Hər iki avtomobil dayanacağının tikintisinə Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sifarişiylə 2011-ci ildə başlanmışdı. Podratçı kimi isə aztanınan «Alpina-A» şirkəti seçilmişdi. Azadlıq Meydanının altında – Hökumət Evinin qarşısındakı ərazidə dayanacağın tikintisinə görə Şirvan şəhərində yerləşən bu şirkətə dövlət büdcəsindən 91 milyon 551,4 min manat ödənilmişdi. Heydər Əliyev sarayının arxasında, Füzuli və Mirzağa Əliyev küçələrinin arasındakı ərazidə tikilən ikinci avtomobil qarajı isə üstündəki yeni parkla birlikdə 198 milyon 944,3 min manata başa gəlmişdi.

Qeyd edək ki, 2010-2011-ci illərdə BŞİH Binəqədi rayonunda məscidin tikintisini (80 milyon manat), işıq dirəklərinin (44,5 milyon manat) və fəvvarələrin (88,7 milyon manat) alınıb quraşdırılmasını, eləcə də park və bağlarda abadlıq işlərini də bu şirkətə həvalə etmişdi.

Nə qədər pul toplanır - bilinmir

Bakıdakı dövlətə məxsus yeraltı avtomobil dayanacaqlarının idarəetməyə verilməklə özəlləşdirilməsi haqda qərarı Nazirlər Kabineti 2016-cı ilin oktyabrında qəbul edib.

Hazırda bu dayanacaqlarda minik avtomobillərinin park etməsi üçün qiymətlər 1 manatdan başlayır və 24 saata görə 6 manata çatır. Güzəştlərə gəlincə, dayanacaqlardan ilk 15 dəqiqəlik istifadə pulsuzdur və dövlət qulluqçularına müəyyən endirimlər edilir. Bu preyskurantı Tarif (qiymət) Şurası deyil, Bakı şəhər İcra Hakimiyyəti özü müəyyən edib. Yeraltı dayanacaqlara sahiblik edən BŞİH buradan əldə olunan gəlir, onun xərclənməsi haqda hesabat vermir. Hesablama Palatasının dövlət büdcəsinin icrasına dair rəylərində də bu barədə bilgi yoxdur.(azadliq.org)

Məqalədə : Yeraltı dayanacaqlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47121

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45280

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46870

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46475

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52021

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46175

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46638
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 06:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru