Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2017
11:21
Azərbaycanlı zəvvarların Həcdən qayıdış vaxtı açıqlanıb

Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların geri dönüş qrafikləri müəyyənləşib.

Həcc missiyasından verilən məlumata görə, azərbaycanlı zəvvarların ilk qrupları Mədinə şəhərindən Bakıya sentyabrın 12-də, növbəti qruplar isə sentyabrın 13-ü, 14-ü və 15-i dönəcək.

O da bildirilib ki, hazırda ziyarət əməllərin yerinə yetirən zəvvarlar sabahdan Mədinə şəhərinə gəlməyə başlayacaqlar.

Qeyd edək ki, builki kvota 600 nəfər nəzərdə tutulsa da, Azərbaycandan 900 zəvvarHəccə gedib. Kvota aşılsa da, bu il zəvvarların sayı ötən ildən azdır. 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gediblər. Uçuşları AZAL həyata keçirir. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bibiheybət yolu gələn həftə açılır

03

İyun
08:58
NƏQLİYYAT
126

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
261

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
207

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
315

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
323

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
262
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 09:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru