
Bu gün Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun doğum günüdür. Bu münasibətlə partiyanın mənzil qərargahında tədbir keçirilib. Partiyanın sədr əvəzi Hacı İlham Əliyev AİP üzvləri adından Mövsüm Səmədova təbrik ünvanlayıb. Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:
"Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 4 sentyabr 1965-ci ildə Quba rayonunda ziyalı ailəsində anadan olub. O, Azərbaycan Tibb Universitetini bitirib. Vətən qarşısında hərbi xidmət borcunu zabit heyətində yerinə yetirib. M. Səmədov həkimlik peşəsilə bir neçə il insanların xidmətində dayanıb. O, sonra həm də ali ruhani təhsili alıb. 1990-cı ildə Mövsüm Səmədov Milli Azadlıq Hərəkatında iştirak edib. O, siyasi fəaliyyətinə AXC sıralarında başlayıb. 1993-cü ildə Mövsüm Səmədov Azərbaycan İslam Partiyası sıralarına qəbul edilib. Səmədov əvvəlcə AİP Quba rayon komitəsinə, 2007-ci ildə siyasi qurumun növbəti qurultayında seçilərək partiyaya rəhbərlik etməyə başlayıb. O, bu gün islamçıların lideri və AİP sədri kimi sevilir, bütün fikir və düşüncələri böyük rəğbətlə qarşılanır.
Doğum günü münasibətilə qurumun mərkəzi ofisində düzənlənən tədbirdə AİP sədr əvəzi Hacı İlham Əliyev partiya funksionerləri, partiyanın bütün üzvləri, ümumən islamçılar və hacını sevənlər adından Doktor Mövsüm Səmədovu doğum günü münasibətilə ürək sözlərini ifadə edərək təbrik ünvanladı. Təbrikdə deyilir:
“Əziz qardaşımız, çox hörmət bəslədiyimiz Hacı Mövsüm! Sizi öncə Allahın bəşəriyyətə rəhmət və mərhəmət, sevgi və şəfqət dolu münasibətini əks və simvolizə edən müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Doğum gününüz, Allahın Sizin kimi bir təqvalı insanın cəmiyyətimizə bəxş etdiyi bir tarix də həmçinin bizim üçün olduqca dəyərlidir. İctimai həyata yetkin qədəm qoyduğunuz zamandan həmişə Allahın məhzərində və hüzurunda olduğunuzu qəlbən bilən, hər hansı məsiyyət və günahlardan uzaq olan birisisiniz. İstər dini və istərsə də siyasi fəaliyyətinizdə kimliyindən asılı olmayaraq insanların qayəsinin təmizlənməsi uğrunda faydalı, cəmiyyətimizin sağlam ruhu və layiqli gələcəyi üçün xeyirli fikir, düşünsə sahibi, iradəli, qorxmaz addımların müəllifi olmusunuz. Sizi cəmiyyətimiz əqidəsindən heç zaman dönməyən, xalqını, Vətənini, torpağını və dinini canından əziz tutan insan, lider kimi tanıyır, qəbul edir. Bu gün Azərbaycan xalqının Sizin kimi liderlərə ehtiyacı hər zamankından böyükdür. Dünyaya haqqı batildən ayıran təfəkkür, zülmün qarşısında baş əyməyən şəxsiyyətlər və zalımların zərərli vərdişlərini həmişə tənqid etmək xüsusiyyətinə malik olan təmkinli, tədbirli cəsarət sahibləri lazımdır. Malik olduğunuz bu xüsusiyyətlərlə fəxr etməyə dəyər.
Hörmətli qardaşımız! 52 yaşınızın məhbəsdə qarşılanmasını biz malik olduğunuz yüksək insani dəyərlərin daşıyıcısı olmağınıza rəğmən cəmiyyətimizə, onun sağlam mənəvi gələcəyinə zərər verə və zərbə vura biləcək məqam kimi qiymətləndiririk. Arzu edirik ki, Sizə və deməli cəmiyyətimizə qarşı atılan bu zərərli addımlar geri atılmalı və cəmiyyətə, ailənizə qovuşmaq istəyimizə Allah-təala Özü kömək olsun.
Əziz Hacı Mövsüm Səmədov, Sizi bir daha doğum gününüz münasibətilə qəlbən təbrik edirik, Sizə Allahdan möhkəm can sağlığı, arzu və bəşəri niyyətlərinizin tezliklə həyata keşməsini diləyirik. Amin!
52 yaşınız mübarək olsun!”

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
14-03-2020 16:34 AİP sədri Mövsüm Səmədov Azərbaycan xalqını təbrik edib
13-02-2020 15:05 AİP lideri Mövsüm Səmədov xalqımızı təbrik edib
06-02-2020 16:25 AİP lideri Mövsüm Səmədov keçiriləcək seçki barədə açıqlama verib
14-01-2020 14:01 AİP sədri Mövsüm Səmədov: Qarabağ müharibəsində Süleymani ordumuza kömək edib
02-01-2020 12:13 AİP Hacı Mövsüm Səmədova azadlıq tələb etdi
- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi