Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2017
10:44
Azərbaycanlı zəvvarların ilk qrupları bu gün Həccə yola düşüb

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupları yola düşüb. Bu gün səhər saatlarında hər birində 3 zəvvar qrupu olan iki təyyarə Səudiyyə Ərəbistanına uçub. Növbəti reyslər avqustun 25-də və 26-da olacaq.

Qeyd edək ki, builki kvota 600 nəfər nəzərdə tutulsa da, ümumilikdə 900 zəvvarın Azərbaycandan Həccə yola düşməsi planlaşdırılıb. Kvota aşılsa da, bu il zəvvarların sayı ötən ildən azdır. 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.(APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
303

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
502
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 08:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru