Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2017
12:44
Həccə gedəcək azərbaycanlı zəvvarların səfər qrafiki açıqlanıb

Azərbaycandan bu il Həccə yola düşəcək zəvvarlar üçün ziyarət qrafiki açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, ilk zəvvar qrupları təyyarə ilə avqustun 24-də səhər saat 06:10-da Səudiyyə Ərəbistanına yollanacaq. Digər iki qrup isə bu uçuşdan bir saat sonra yola düşəcək. Növbəti qruplar avqustun 25-26-da, gündə 2 reys olmaqla, ziyarətə gedəcək.

Ziyarətdən dönüş isə sonuncu səfər uçuşu tarixindən (26 avqust) 18 gün sonra başlayacaq və hər gün iki reys olmaqla, 3 gün davam edəcək.

Qeyd edək ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız QMİ-dir.

Məqalədə : həcc 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43463

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41754

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43396

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42872

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48380

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42914

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43355
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2020 12:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru