Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2017
16:51
`Şerif` bizə qarşı 5 müdafiəçi ilə oynayırdı - Maksim Medvedev

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şerif”lə ilk oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyunun sonlarında Miçellə mübahisə etdin. Nə baş vermişdi?

- Adi futbol epizodu idi. Oyunun sonları idi, qələbə qazanmaq istəyirdik və cüzi gərginlik var idi. Topu ona ötürməyimi istəsə də, mən daha yaxşı mövqedə olan Donald Gerye ilə oynadım. Belə olan halda anlaşılmazlıq yarandı.

- Qurban Qurbanov oyundan sonra nəsə dedi?

- Xeyr, bu adi haldır.

- Oyun gözlədiyiniz kimi  keçdi?

- Rəqib “Samtredia” deyil, daha usta komandadır. Meydanda nə etmək lazım olduqlarını bilirlər, təcrübələri var. Çalışacağıq ki, səfərdə başqa cür oynayaq. Artıq onları tanıyırıq.

- Rəqibin oyunu ilə bağlı nə deyə bilərsən?

- Beş müdafiəçi ilə oynadılar. İnanıram ki, cavab matçında fərqli oyanayacaqlar. Ola bilər ki, cavab qarşılaşmasında epizodlarımız çox olsun. Çalışacağıq ki, müdafiədə sağlam oynayaq və hücum xəttimiz də yaxşı çıxış etsin.

- “Qarabağ”ın oyununda da problemlər var. Xüsusilə də hücum xəttində “dişsizlik”, ötürmələrdə bəsit səhvlər sizin üçün gözlənilməz olmadı?

- Futboldu, belə şeylər olur. “Samtredia” 4 müdafiəçi ilə oynayırdı. Amma “Şerif” başqa taktikada çıxış etdi. Həm də Moldova komandası daha usta komandadır. Yaxşı mövqe seçirdilər, asmalar edəndə topu uzaqlaşdırırdılar. Həmin anda problemlər yaranırdı.

- Sanki "Şerif" sizi daha yaxşı analiz etmişdi?

- Rəqib bizi analiz etmişdi, necə oynadığımızı, harda “bağlamaq” lazım olduğunu bilirdilər. Futbol oynamağa imkan verirdilər, amma müəyyən zonaya qədər. Ondan sonra “bağlayırdılar” və əks-hücuma çıxmağa çalışırdılar. Biz də onların bu oyun üslubuna hazır idik. Çünki əvvəllər də bu cür oyun üslubuna üstünlük verən komandalara qarşı oynamışdıq.(qol.az)

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
55

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
215

Xarici valyutaların manata qarşı məzənnələri

03

İyun
09:29
İQTİSADİYYAT
230

Bibiheybət yolu gələn həftə açılır

03

İyun
08:58
NƏQLİYYAT
390

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
298

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
242

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
340

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
343
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 11:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru