Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2017
16:20
Səbail İcra Hakimiyyəti Badamdardakı park müəmmasına aydınlıq gətirdi - FOTO

Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 7 ünvanında yerləşən istirahət parkının sökülərək yerində restoran tikiləcəyi barədə sakinlər məlumat vermişdilər. Bu barədə FaktXəbər-ə məlumat verən sakinlərin sözlərinə görə, ərazidə yüzdən çox ağac var və onlar kəsilmək riski ilə üz-üzədir.

FaktXeber.com olaraq Səbail rayon İcra Hakimiyyətinin İctimai, Siyasi və Humanitar məsələlər üzrə şöbə müdirinin müavini İsrafil Kərimovdan məsələ ilə əlaqədar münasibət öyrəndik.

Onun sözlərinə görə, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 7 ünvanında təqribən 5-7 il əvvəl İcra Hakimiyyəti tərəfindən bağça kimi istirahət guşəsi yaradılıb: «Onun sağ tərəfində vaxtilə Füzuli rayonundan məcburi köçkün düşmüş şəhid ailəsinə həmin ailənin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədiylə bir dükan verilib. Sonradan həmin dükan çayxana kimi istifadə edilib».

İ.Kərimov bildirib ki, bu gün şəhərin daha görkəmli görünməsi, Badamdar qəsəbəsinin şəhərin mərkəzinə inteqrasiyası üçün hazırda yolun hər iki tərəfinin yenidən qurulması və müasir dizaynla obyektlərin üzlənməsi işləri görülür: «Həmin obyektin sahibi Həqiqət xanım da bundan əvvəl obyekti köhnəldiyi, qəzalı vəziyyətdə olduğu üçün dəfələrlə bizə müraciət etmişdi. Bütün bunlar nəzərə alınaraq ona məsləhət görülüb ki, öz çayxanasında yenidənqurma işləri görsün».

Müsahibimizn sözlərinə görə, şəhid ailəsi də BŞİH-yə müraciət edib, yeni layihə təsdiq edilib: «Çayxana sökülüb, yerində müasir dizaynla, yeni layihə əsasında yenidən qurulma işlərinə başlanıb. Ətrafın zibillənməməsi üçün də üç tərəfi çəpərlənib. Həmin ərazidə görülən iş İH–nin ciddi nəzarəti altında aparılır və orda hər hansı bir ağacın kəsilməsi, yerinin dəyişdirilməsi söhbəti ola bilməz». 

«Badamdarın özündə İcra Hakimiyyəti 5000 ağac əkib, 80 min də Şıx qəsəbəsində. Biz orda hər hansı ağacın kəsilməsinə yol verə bilmərik. Məsələ nəzarətdədir. İşlər başa çatdıqdan sonra hasarlar götürüləcək. Yenə o park əvvəlki qaydada təhvil veriləcək İH nümayəndələrinə. Sakinlərin də heç bir narahatçılığına səbəb olan amil olmayacaq”, deyə İH nümayəndəsi sözlərini bitirib.

Məqalədə : Səbail 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs rejimi 23 dəfə pozulub

06

Dekabr
10:15
HƏRB
135

ABŞ-da "Muhamməd" və "Aliyə" adları ilk 10-luqda

06

Dekabr
10:00
BÖLMƏNİ DÜZ SEÇ!
211

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
350

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
322

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
601

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
384

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
319
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 10:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru