Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2017
11:57
1789
Hesablama Palatası İTV-də nöqsanlar aşkarladı

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2015-2016-cı illərdə dövlət  büdcəsindən  ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib.

Palatanın mətbuat xidmətindən verilən məlumata görə, hesabatın müzakirəsi zamanı qurum tərəfindən mövcud normativ-hüquqi aktların tələblərinə əsasən riayət edilsə də bir sıra nöqsanlara yol verildiyi diqqətə çatdırılıb.

Müəyyən edilib ki, subsidiyanın hesablanması zamanı real tələbatlar və əvvəlki illərin icra rəqəmləri nəzərə alınmayıb, "İctimai Televiziya və Radio Yayımı haqqında" Qanunun müvafiq maddələrində nəzərdə tutulmuş dövlət büdcəsindən ayırmalardan başqa digər mənbələr üzrə vəsaitin daxilolması işi zəif təşkil edilib, İctimai Televiziya və Radio Yayımları Şirkəti üzrə reklamdan əldə olunan gəlirlər ümumi xərcin 2015-ci ildə 1,55 faizi, 2016-cı ildə 0,3 faizi həcmində olub.

Əmək haqqının icrası zamanı bir sıra hallarda elmi dərəcələrə görə, eləcə də mükafat ödənişi zamanı artıq vəsait ödənilib, sanatoriya-kurort müəssisələrində və istirahət zonalarında olan işçilərə istirahətdə olduqları günlər üçün, həmçinin işdən azad edilmiş işçilərə iş günləri hesablanaraq vəsait ödənilib.

Bir sıra hallarda əmək haqqı və məzuniyyət dövrü üzrə gəlir vergisi az hesablanmış, mülki-hüquq müqavilə əsasında işləyən işçiyə muzdlu işdən əldə edilən aylıq gəlirlərinə vergi güzəşti düzgün tətbiq edilməyərək gəlir vergisi az tutulmuş, həmçinin artıq ezamiyyə xərci ödənilib.

Satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsiplərinə riayət edilməyərək 2015-ci ildə həyata keçirilmiş satınalmanın 78,3%-i bir mənbədən (birbaşa) satınalma metodu ilə icra olunub.

Maliyyə hesabatları “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilsə də, bəzi hallarda müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri hesabatlarda düzgün əks etdirilməyib, bir hesabat dövründən artıq istifadə ediləcəyi ehtimal olunan ehtiyat hissələri və xidməti avadanlıqlar, yerinə yetirilmiş işlər və yeni quraşdırılan avadanlıqlar xərcə silinib, bəzi əsas vəsaitlər tam amortizasiya olunmadan uçotdan silinib, eləcə də cari təmir məsrəflərinin müvafiq normadan artıq hissəsi bina və tikililərin kapitallaşdırılmasına aid edilmədən birbaşa faktiki xərclərə silinib.

Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarı İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərilib. Məlumat Milli Məclisə təqdim edilib.

Məqalədə : Hesablama palatası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
700

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
840

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
668

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
694

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
339

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
668

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
684

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
680
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 12:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru