Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2017
15:14
Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə başa çatmalıdır - Lapşin(YENİLƏNİB)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edib. 

O, A.Lapşinə bəraət verilməsini istəyib. 

Sonra bolqqerin özü son söz deyib. O, son sözündə ittihamları qəbul etməsə də, peşmançılıq hissi keçirdiyini deyib.

O, dünyanın 126 ölkəsində olduğunu, ömrünü gəzməklə keçdiyini deyib: "Özümü günahkar hiss etmirəm. Lakin bəzi şeylərə görə özümü peşman hiss edirəm. Ona görə hiss edirəm ki, düşünmədən bilmədən Azərbaycan və onun xalqına zərər vurmuşam. Mən bu bölgəni tanımırdım. Maraqlananda da yalnız erməni mənbələrdən məlumat almışam. Xəbərim olmayıb."

A.Lapşin daha sonra deyib: "Ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü tez bir zamanda bərpa edər. Qarabağ münaqişəsi tezliklə Azərbaycanın xeyrinə başa çatar."

********

Hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edib. 

O, A.Lapşinə bəraət verilməsini istəyib. 

Sonra bolqqerin özü son söz deyib.  

Hakimlər müşavirəyə gedib. Onların müşavirədən qayıtdıqdan sonra hökmü elan edəcəkləri gözlənilir. 

Qeyd edək ki, ötən prosesdə prokuror A.Lapşinə 6 il 6 ay cəza verilməsini istəmişdi. 

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53027

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51238

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52673

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52355

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57797

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52011

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52412
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 22:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru