Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyul

2017
15:16
AİP lideri Mövsüm Səmədovun Appelyasiya məhkəməsi keçirilib

Bu gün Bakı Appelyasiya Məhkəməsində AİP lideri Mövsüm Səmədovun şikayətinə baxılıb. Appelyasiya şikayəti Qaradağ Rayon Məhkəməsinin Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun 3 il müddətinə Qobustan Qapalı Tipli Həbsxanasına köçürülməsi ilə bağlı verdiyi qərarla bağlı idi.  Məhkəmədə AİP rəhbbərliyi, funksionerləri çoxlu sayda inanclı kəsimin nümayəndələri iştirak ediblər.  

Məhkəmə prosesi hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutub.

Məhkəmə prosesində doktor Səmədovun vəkili bir neçə vəsatətlə çıxış edib. Vəkil məhkəmə heyətinin diqqətinə çatdırıb ki, Qaradağ Rayon Məhkəməsində keçirilən ilkin baxış zamanı şikayətçilər və şahidlərdən heç kim dindirilməyib. 4 saat davam edən məhkəmə prosesində heç bir araşdırma aparılmadan, istintaqa verilən şahid ifadələri alınmadan 16 səhifəlik işə 10 dəqiqə ərzində baxış keçirilərək qərar çıxarılıb. Məhz buna görə də vəkil ilkin məhkəmə prosesi zamanı Hacı Mövsüm Səmədovun guya günahkar olduğunu sübuta yetirən həmin şahid ifadələrinin alınmasını və məhkəmədə iştiraklarının təmin olunmasını  istəyib. Lakin vəsatətlər məhkəmə tərəfindən təmin edilmədi və növbəti məhkəmə baxışı iyul ayının 17-si, saat 11: 30–a təyin olundu. /islaminsesi

Məqalədə : Mövsüm Səmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
67203

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
64682

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
66455

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
65755

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
71417

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
65592

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
65956
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2021 17:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru