Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyul

2017
10:42
Türkiyəli nazirlərin Avstriya və Niderlanda girişi qadağan olunub

Avstriya  Türkiyənin iqtisadiyyat naziri Nihat  Zeybekçiyə Türkiyədəki dövlət çevrilişinə cəhdlə bağlı keçirilən tədbirlərdə  iştirak üçün ölkəyə girişini qadağan edib. FaktXeber.com-un Röyters-ə istinadla məlumatına görə, bu barədə bazar ertəsi günü  Avstriya XİN-in rəsmi nümayəndəsi  bəyan edib.

«Mən təsdiq edirəm ki, XİN rəhbəri (Sebaystyan) Kurts həqiqətən də Türkyənin iqtisadiyyat nazirinin ölkəyə gəlişini qadağan edib», - deyə  XİN nümayəndəsi bildirib. Onun sözlərinə görə, türkiyəli nazirin  belə bir tədbirlərdə iştirakı  Avstriyada ictimai asayişi təhlükəyə qoyardı.

Bundan əvvəl Niderland hökuməti  Türkiyənin baş naziri Tuğrul Türkeşin analoji  anım tədbirlərində iştirak etmək üçün ölkəyə gəlişini arzuolunmaz adlandırmışdı. Türkeş  Apeldorn şəhərində konqres mərkəzdə  çıxış etməli idi.

Xatırladaq ki, 2016-cı ilin iyul ayının 15-də  Türkiyə Silahlı Qüvvələrindən, o cümlədən bir qrup əsgər və zabit dövlət çevrilişinə cəhd edib. Əsas qarşıdurma  İstanbul və Ankarada olub. Həmin vaxt qiyamçılardan əlavə 246 nəfər həlak olub, 2 mindən artıq insan yaralanıb.

Məqalədə : Türkiyə çevriliş 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68794

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
66237

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
68055

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
67401

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72872

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
67135

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67458
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-03-2021 01:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru