Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2017
15:03
2406
Keçmiş vəliəhd şahzadənin həbsi və Əl-Səud ailəsində ciddi çəkişmələr...

Bu yaxınlarda vəliəhd şahzadə adından məhrum olan  Muhəmməd bin Naifin Qırmızı dənizdə Ciddə şəhərinin sahilindəki sarayında məhbus kimi yaşadığı məlum olub. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə The New York Times kral ailəsinə yaxın olan keçmiş amerika və səud  məmurlarına istinadla xəbər verib. Bildirilir ki, bu məhdudiyyətin nə qədər davam edəcəyi bəlli deyil.

Bu tədbirlər 87 yaşlı Səudiyyə kralı Salmanın şahzadə bin Naifi varis titulundan məhrum etməsindən və onun yerinə özünün 31 yaşlı oğlu Məhəmməd bin Salmanı vəliəhd təyin etməsindən bir neçə gün sonra görülüb. 

Böyük şahzadəni həmçinin 33 yaşlı qardaşı oğlu da daxili işlər naziri vəzifəsindən devirib.

Xəstə monarxın bu fərmanları taxt-tac varisliyi xəttini pozub, bu da Əl-Səud ailəsində  münaqişələr və gərginliklərlə nəticələnib.

Bu dəyişikliklərə qədər Səudiyyə Ərəbistanında krallıq atadan oğula keçmirdi: 1932-ci ildə krallığın əsası qoyulandan sonra İbn Səud ilk kral olub, lakin ondan sonrakı dövrlərdə də tac onun oğlanlarının başına qoyulub - krallıq qardaşdan qardaşa keçib.

Kral ailəsinə yaxın mənbədən bildirilib ki, yeni məhdudiyyətlər  Məhəmməd bin Salmanın titulunun artmasından sonra həyata keçirilib.

Kral ailəsinin üzvləri bin Salmanın taxta oturmasının əleyhinədir.

Böük şahzadəyə qarşı məhdudiyyətlər şaxələnmiş kral ailəsinin bəzi üzvləri tərəfindən narahatlıqla qarşılanıb, onun açıq çıxışları isə mənfi əhval-ruhiyyəni daha da gərginləşdirir.

Varis şahzadə Məhəmməd həmçinin krallığın müdafiə naziridir və Səudiyyə Ərəbistanının qonşu Yəmənə qarşı hərbi təcavüzündə məsuldur. Bununla belə, Yəmən sakinlərinin ağır iztirablarına rəğmən, Səud rejimi  hər hansı hərbi və siyasi nailliyyətə nail ola bilmir.

O, həmçinin Səudiyyə Ərəbistanının  Suriyaya qarşı dağıdıcı siyasətinin arxasında durur. Bundan başqa Bin Salman daha iki yeni cəbhə açıb: Biri Qətərə, digəri İrana qarşı.

Gənc şahzadə tərəfindən aparılan belə provokasiyalı siyasət  kral ailəsinin bir çox üzvləri tərəfindən narazılıqla qarşılanır.

Belə ehtimallar var ki, Kral Salman sadəlövh və təcrübəsiz bin Salmanın  taxtda oturacağına əmin olmaq üçün öz oğlunun xeyrinə taxtdan imtina edəcək. 

Ancaq Bin Salmanın atasının sağlığında hakimiyyət başına keçməsi isə real görünmür: Əl-Səud  klanının qəddar və ambisiyalı üzvləri bununla barışmazlar. Hər halda yaş da burda öz sözünü deyir.

Gərginlik artır və Əl-Saud  evində müxtəlif rəqib  qruplar bir-birlərinin boğazını üzmək üçün ehtimal ki, xəstə kral  Salmanın qəbrə qoyulmasını gözləyirlər.

Belə görünür ki, Bin Salman hakimiyyətə gələrsə, Səudiyyə Ərəbistanının çoxlu qurbanlarla nəticələnəcək daxili müharibə və səud sülaləsinin qaçılmaz süqutu gözləyir.

Məqalədə : Səud ailəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1145

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 02:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru