Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2017
10:17
AMEA-nın yeni tikilən binasında qalan mənzillər yataqxanada yaşamayan alimlərə veriləcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanada yaşayan AMEA-nın işçilərinin həmin ərazidə yeni inşa edilən binalarda mənzillə təmin edilməsi məsələsinə dair yeni açıqlama verib.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Trend-ə bildirib ki, AMEA ilə "Evrostroy-S" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanada yaşayan AMEA-nın işçilərinin həmin ərazidə yeni inşa edilən binalarda mənzillə təmin edilməsi nəzərdə tutulub:

"Həmin müqavilə ilə əlaqədar ilk mərhələdə yataqxanada qeydiyyatda olan və hazırda orada yaşayan, həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 54 AMEA əməkdaşına mənzil verilib. Növbəti mərhələdə binadakı qalan mənzillərin yataqxana qeydiyyatında olan, amma müəyyən səbəbdən orada yaşamayan, mənzilə ehtiyacı olan elmlər və fəlsəfə doktorlarına verilməsi gözlənilir. Lakin bu alimlərin sayı hələ tam dəqiqləşdirilməyib".

O qeyd edib ki, məsələ ondadır ki, sözügedən yataqxanaya keçmişdə və yaxud yaxın keçmişdə müxtəlif yollarla qeydiyyata düşən, orada yaşayan və yaşamayan, ancaq AMEA ilə heç bir əlaqəsi olmayan, onun funksiyalarının yerinə yetirilməsində xidmət göstərməyən, hətta kənar təşkilatlarda işləyən, öz adlarına mənzil(lər)i olan çoxsaylı aidiyyəti olmayan şəxslər var ki, onlar bu imkandan yararlanmaq üçün ağlasığmaz "fədakarlıq" göstərir, qətiyyətlə mənzil tələb edirlər:

"Amma bu da faktdır ki, Akademiyada mənzilə ən böyük ehtiyacı olan məhz gənc alimlərdir. Təcrübə göstərir ki, neçə istedadlı gənc alim, gələcəyi perspektivli mütəxəssis məhz sosial problemlərin ucbatından elmdən uzaqlaşır, faəliyyət sahələrini dəyişir, ən yaxşı halda elmlə bərabər, digər sferalarda fəaliyyət göstərirlər. Bəzən gənc alimlərin yataqxana qeydiyyatında olmadığını deyənlər də tapılır. Ancaq sual oluna bilər: yataqxana otaqlarının hələ o vaxtdan oranın yaşlı sakinləri tərəfindən (bəzilərinin indi heç AMEA ilə əlaqəsi belə yoxdur) qeyri-qanuni özəlləşdirildiyi bir halda, həmin yataqxanada gənc alimlər qeydiyyata necə düşə bilərdi? Həm də AMEA-ya 2000-ci ildən bəri qəbul olunan aspirantların müvəqqəti qeydiyyata düşmək üçün Akademiyanın o vaxtkı rəhbərliyinə etdiyi müraciətləri heç vaxt müsbət həll olunmurdu. Cavabları da "yataqxanada boş otaq yoxdur, sizi qeydiyata ala bilmərik", - idi. Eyni zamanda, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən əhalinin aztəminatlı təbəqəsinin mənzil şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan sosial evlər də gənc alimlər üçün əlçatan deyil".

F.Salmanov həmçinin vurğulayıb ki, təəssüf ki, dövlətimizin yaratdığı bu imkandan yararlanmaq üçün Asan Xidmət Mərkəzinə müraciətlər edən gənc elm adamlarına, oradan güzəştli qrupa düşməmələri bildirilib:

"Çünki gənc alimlər üçün "Güzəştli mənzil" əldə etmək qaydalarında yaş həddi 35-dir və nəzərə alaq ki, Akademiya İnstitutlarında fəaliyyət göstərən gənc fəlsəfə doktorlarının yaşı bu limiti keçib, deməli onların ipoteka kreditləri kimi "sosial mənzil" qaydaları ilə də nə vaxtsa mənzil sahibi olmaq ümidlərinin üstündən artıq xətt çəkilib".

Məqalədə : AMEA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47982

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46052

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47710

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47291

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52853

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46893

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47335
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 10:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru