Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyun

2017
16:40
`Sovetski`nin yeni yollarında 18 piyada keçidi və 8 dayanacaq qurulacaq

Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən "Sovetski" layihəsi çərçivəsində salınan yeni yollarda nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirləri davam etdirir. Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri beynəlxalq məsləhətçi şirkət "GEMMS Group"un əməkdaşları ilə birgə ərazidə rahat, təhlükəsiz və maneəsiz hərəkəti şərtləndirən bütün məqamlarla bağlı müfəssəl təhlillər aparıb. Hazırda layihə çərçivəsində aparılan nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi də məhz bu təhlillərin nəticəsinə uyğun olaraq icra edilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

Bildirilib ki, nişanlanma və yol-cizgi xətləri şəhərimizin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilir. Belə ki, paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq burada işıqforlarla nizamlanan piyada keçidləri qanunvericiliyin tələblərinə uyğun olaraq qırıq xətlərlə işarələnib. Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılacaq.

"Sovetski" layihəsi çərçivəsində salınan yeni yollarda fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etməsi mümkün olacaq. Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə səkilərdə müasir tərtibatda panduslar qoyulacaq. Analoji pandusların yaxın vaxtlarda paytaxtın digər küçə və prospektlərində də qoyulmasına başlanılacaq.

Qeyd edək ki, "Sovetski" layihəsi çərçivəsində salınan yeni yollarda ümumilikdə 18 ədəd eynisəviyyəli piyada keçidlərinin təşkil edilməsi nəzərdə tutulub. Bunlardan 5 ədədi nizamlanmayan, 13 ədədi isə işıqforla nizamlanan piyada keçidi olacaq. Nizamlanmayan piyada keçidlərində də piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sarı sayrışan işıqlar yerləşdiriləcək.

Eyni zamanda, layihə çərçivəsində qeyd edilən yollarda 8 ədəd avtobus dayanacaq məntəqəsi təşkil edilib. "Cib" tipli dayanacaq məntəqələrinə avtobusların rahat giriş-çıxışının təmin edilməsi məqsədilə normalara uyğun şəkildə inşa edilib.

Məqalədə : Sovetski 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47674

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45796

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47419

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47011

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52561

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46657

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47094
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-10-2020 11:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru