Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyun

2017
10:04
Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda bu gün və sabah Ramazan bayramı qeyd olunur.

 

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvasında bildirilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə mayın 27-nə təsadüf edib. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayıb.

 

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

 

Fətvaya görə, Eydül-Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - iyun ayının 26-na təsadüf edib.

 

Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən, 2017-ci ildə Ramazan bayramı iyunun 26 və 27-də qeyd olunur.

 

İyunun 26-da saat 08.00-da "Əjdərbəy", saat 09.00-da isə "Təzəpir" məscidində bayram namazı qılınacaq.

 

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə  görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Məqalədə : Ramazan bayram 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 9-cu gününün duası - AUDİO

21

Aprel
20:28
MƏNƏVİYYAT
145

İraqda İŞİD-çilər yaxalanıb

21

Aprel
16:15
DÜNYA
260

DİN-də yeni TƏYİNAT

21

Aprel
13:59
HÜQUQ,HADİSƏ
268

Azərbaycanda nazir koronavirusa yoluxub

21

Aprel
13:24
ÖLKƏ
255

Sabahın hava proqnozu açıqlandı

21

Aprel
13:10
ÖLKƏ
250

Daha bir marşrut xətti "BakıKart"a keçdi

21

Aprel
12:27
NƏQLİYYAT
240

Ramazan ayının bəzəyi: HİL

21

Aprel
12:00
MƏNƏVİYYAT
260

İran Vyanadakı iclasda şərt qoydu

21

Aprel
11:15
DÜNYA
213
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2021 05:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru