Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyun

2017
13:36
Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi

AİP dünya müsəlmanlarını, o cümlədən Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Əziz müsəlman qardaş və bacılarımız, əziz həmvətənlər! Sizləri İslam dininin sonsuz ehtiram göstərdiyi, Allaha, Onun əziz Peyğəmbərinə ümmətin inam və sevgisini qoruyan Ramazan ayının sona çatması, Fitr bayramı münasibətilə səmimi qəlbdən təbriklərimi bildirirəm. Allah-Təala sizlərdən bu ayın səadətinə nail olmaq, Ramazanın sonsuz fəzilət və bərəkətinə çatmaq niyyətilə tutduğunuz orucu, etdiyiniz bütün ibadi əməllərinizi və dualarınızı qəbul etsin.

Göstərdiyiniz iradə, səbr, dözüm, ehtiyacı olanlara, kimsəsizlərə, xüsusən yetimlərə əta etdiyiniz şəfqət, mərhəmət, yaxın və doğmalarınızla bağladığınız ünsiyyət və məhəbbət sizləri Fitr bayramına yetişdirdi. Bu xoş duyğu və düşüncələr, Allahın sizlərdən razılığı naminə etdiyiniz əməllər inanırıq ki, həm də kamillik yolunda atdığınız yeni bir addım oldu. Bütün bunlar Uca Allahın müsəlman ümmətinə lütfü və inayəti sayəsində baş verir. 

Ramazan ayında biz müsəlman ümmətindən istənilən ən mühüm addımlardan biri də birlik və vəhdətimizdir. Düşməni məyus edən ən mühüm cəhət müsəlmanların vəhdəti və birliyidirsə, niyə də buna əməl etməyək. Biz İslam düşmənlərinə aramızda parçalanma, qarşıdurma fürsəti verməmək üçün Allahın ipindən möhkəm yapışmalı, İslam aləmində qütbləşməyə, ayrıseçkiliyə yol verməməliyik. Bu gün müsəlman torpaqlarına təcavüzlər davam edir. Fələstin, Suriya, İraq, Əfqanıstan, Yəmən, Liviya, Qətər kimi ölkələr və onların xalqları zülm altında yaşayır, Azərbaycanın əzəli torpaqları Dağlıq Qarabağ erməni qəsbkarlarınin caynağında qalıb. Müsəlman torpaqları uğrunda şəhid olan insanlara Allahdan rəhmət diləyirik.

Müsəlmanlara qarşı haqsızlıq edənlər, öz əllərimizlə özümüzə qarşı qənim kəsilənlər, alimlərimizi, din xadimlərimizi şəhid, təhdid, cəmiyyətdən təcrid etdirənlər yalnız bizi zəiflətmək, bizə qalib gəlmək, maddi, mənəvi sərvətlərimizi əlimizdən almaq istəyindədirlər. Bütün bunlara qarşı biz müsəlmanlar Allahın bizlərə vacib buyurduğu əməllərin, müqəddəs günlərin, ayların, o cümlədən Ramazan ayının tələb və təkliflərini diqqətə almalı, əməlimizlə yanaşı, yaşadığımız bu anların ictimai, siyasi, mənəvi anlamlarını düşüncə və təfəkkürümüzdə hər zaman canlandırmalı, zəruri addımlar atmalıyıq.

Əziz müsəlman qardaş və bacılar, həmvətənlərim! Sizləri bir daha mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Allahdan hər kəsə can sağlığı, səadət, evlərinizə, süfrələrinizə ruzi-bərəkət, tutduğunuz orucun, etdiyiniz ibadətin qəbul olunmasını, əsgərlərimizə düşmən üzərində qələbə əzmi, xalqımıza bu qələbənin sevincini yaşamağı arzulayıram”.

Məqalədə : AİP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47492

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45660

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47276

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46870

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52401

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46542

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46946
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2020 07:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru