Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2017
11:17
Həcc ziyarətində qurbanlıq qoyunların və digər əlavə ehtiyacların qiyməti artıb

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət zamanı əlavə ehtiyaclar üçün də qiymətlərin bahalaşdığı elan olunub.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu, ilk növbədə ziyarət zamanı zəvvarlara veriləcək qurbanlıq qoyunlara aiddir. Belə ki, Həccdə qurbanlıq qoyunların bu il 160-170 dollara təklif edilməsi gözlənilir. Bundan başqa, zəvvarlar üçün ziyarət ödənişinə daxil olmayan digər ehtiyacların da qiymətlərində artım var.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də, növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb və artıq başa çatıb. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız QMİ-dir. 

Məqalədə : Həcc ziyarəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6705

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5539

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7071

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7052

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9797

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6772
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 03:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru