Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2017
13:26
AzTV, İTV, ATV, Xəzər, Space, Lider telekanallarında dil qüsurları aşkarlanıb

“Telekanallarda aparılan monitorinqlər zamanı həm fonetik, həm leksik, həm morfoloji, həm də üslubi səviyyədə normadan kənara çıxma halları aşkarlanıb”.

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Nəzakət Qaziyeva “Telekanalların dil mənzərəsi” mövzusunda keçirilmiş dəyirmi masada deyib.

O bildirib ki, monitorinqlərə AzTV, İTV, ATV, Xəzər, Space, Lider telekanallarında yayımlanan xəbər, xəbərdən törəmə və əyləncə tipli verilişlər cəlb olunub. N. Qaziyeva deyib ki, ingilis dilindən alınan sözlərdə tələffüz zamanı olduğu kimi saxlanılır, bu da fonetik normanın pozulmasına gətirib çıxarır.

O qeyd edib ki, telekanallarda fonetik səviyyədə üstünlük təşkil edən norma pozuntularından biri də samitlərin tələffüzü ilə bağlıdır: “Qida” – “gida”, “qeyd” – “geyd” və s. nümunələri göstərə bilərik. Bundan başqa, vurğu düzgün qoyulmur. Vurğunun düzgün qoyulmamağı mənanın düzgün başa düşülməməyinə, hətta tamaşaçının yorulmasına gətirib çıxarır. Monitorinqlər zamanı dialekt faktlarına da rast gəlinib”. 

İnstitut əməkdaşı əlavə edib ki, dövlət televiziyası – AzTV-də də kifayət qədər norma pozuntuları aşkarlanıb.  

Məqalədə : televiziya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
5

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
473
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 12:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru