Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 May

2017
16:29
Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi

AİP sədr əvəzi Hacı İlham Əliyev mübarək Ramazan ayının gəlişi münasibətilə xalqımızı, bütün müsəlmanları təbrik edib. “İslaminSesi”nə daxil olan təbrikdə deyilir:

“Əziz mömin qardaş və bacıları, əziz müsəlman xalqımızı Allah-Təalanın bərəkət, mərhəmət və bağışlanma ayı olan mübarək Ramazan ayının  gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. İlahi ziyafət ayı sayılan Ramazan ayı təqvimimizdə mövcud ayların sultanı sayılması təsadüfi deyil. Mübarək Ramazan ayında Allah-Təala bəşəriyyətə mərhəmətini əsirgəmədən Özünün ən böyük hədiyyəsini-müqəddəs Qurani-Kərimi bəxş etmişdir. Qədr gecələrinin də məhz bu aya təsadüf etməsi Allahın insanlara mərhəmətindən irəli gəlir. Belə ki, həmin gecə Rəbbimiz insanlara mənəvi-əxlaqi təmizlənmək üçün fürsət verir və Qədr gecəsinin ibadətini min ayın ibadətindən üstün sayır. Allah- Təala bu ayda oxunan duaları qəbul edir, insanları çətinliklərdən qoruyur. 

Təəssüflə qeyd etməlik ki, ölkəmizdə Allah-Təalanın bizlər üçün vacib bildiyi əməllərə münasibətdə, müqəddəs İslam şəxsiyyətlərinin hamımız üçün nümunəvi cəhətləri, bəşəri keyfiyyət və əlamətlərinə yanaşmada qeyri səmimiyyətlilik his olunur. Bunu onunla izah edə bilərik ki, İslam dəyərlərinin daşıyıcıları olan şəxsiyyətlər, ruhani alimlər qədərincə qiymətləndirilmir. Bu gün xalqımızın içindən çıxmış, fəxr etdiyimiz, elmindən hər kəsin bəhrələnə biləcəyi və yetərincə insanın bəhrələndiyi onlarca ruhani alim və ibadət əhli cəmiyyətdən təcrid şəraitində-məhbəslərdə ömür sürür. Hacı Mövsüm Səmədov, Hacı Fəramiz Abbasov, Hacı Sərdar Həsənli, Hacı Abgül, Hacı Taleh, Hacı Zülfüqar, Hacı Fərhad və digərləri cəmiyyətimizə verə biləcəkləri dini-elmi-fəlsəfi tövsiyyələrdən süni şəkildə kənarlaşdırılmış, Mövsüm Səmədova qarşı isə zindanda belə rahatlıq verilməməklə onun yenidən qapalı tipli həbsxanaya köçürülməsinə cəhdlər edilir. Bəzi hallarda isə onun hətta fiziki məhvinə yönəlik ssenarilər işlənir.

Biz qanunsuz həbs olunan ruhanilərimizin, haqsız yerə məhbus həyatı yaşayan bütün vətəndaşlarımızın tezliklə azadlığa qovuşmalarını arzulayır, zülmün aradan getməsini, siyasi məhbuslarımızın ailələrinə qovuşmalarını Allahdan istəyirik.

Hər birimiz Rəbbimizdən saf niyyətlə mübarək Ramazan ayında oruc tutmağı, ibadət edib Quran tilavətini nəsib etməyi diləməliyik.

Əziz müsəlmanlar, sizləri bir daha mübarək Ramazan ayının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə can sağlığı, gözəl ibadət, evlərinizə ruzi-bərəkət, cəmiyyətimizə birlik, mehribanlıq arzulayıram.

Hörmətlə AİP-in sədr əvəzi Hacı İlham Əliyev

Məqalədə : Ramazan AİP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
70

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
215

Xarici valyutaların manata qarşı məzənnələri

03

İyun
09:29
İQTİSADİYYAT
230

Bibiheybət yolu gələn həftə açılır

03

İyun
08:58
NƏQLİYYAT
390

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
298

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
242

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
340

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
343
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 11:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru