Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2017
21:20
Avtobus dayanacaqlarını zəbt edən taksilər - `Memar Əcəmi dairəsi`ndə xaos - VİDEO

Memar Əcəmi metrostansiyasının qarşısındakı dairədə nəqliyyat vasitələrinin xaotik vəziyyəti yaranıb. Taksilər avtobus dayanacaqlarını zəbt edib. Avtobuslar da yolun ortasında sərnişinləri endirirlər.

Taksilər dayanacaqda saxlanılıb. Avtobuslar da yolun ortasında dayanıb, sərnişinlər düşür.

Görüntülər paytaxtın Nəsimi rayonundan, Memar əcəmi metrostansiyasının qarşısındakı dairədəndir. Ərazidəki avtobus dayanacaqlarını taksilər zəbt edib.

Taksilərin dayanacğı zəbt etməsi sərnişinlərə də bir sıra çətinliklər yaradır. Hətta bu səbəbdən qəzalar da baş verir.

Taksi sürücülərinin məsələyə münasibəti isə özünəməxsus şəkildə oldu.

Bakı Şəhəri Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin Bölmə rəisi Vaqif Əsədov "Xəzər Xəbər"ə bildirdi ki, avtobus dayancaqlarını zəbt edən bu cür taksi sürücülərinə qarşı mübarizə daim davam etdirilir. Təkcə ötən gün ərzində 120 belə sürücü barəsində inzibati protokol tərtib olunub. Hətta, onlardan bir neçəsi həftə ərzində eyni xətaya görə ikinci dəfə cərimələnənlərdir. 6 avtomobil isə cərimə meydançasına aparılıb. Bölmə rəisinin sözlərinə görə, Memar əcəmi metrostansiyasının qarşısında da belə tədbirlər aparılır. Lakin həmin sürücülər polisin qısa müddətə oradan uzaqlaşdığını görən kimi yenidən dayanacağa daxil olurlar. Dayanma-durma qaydasını pozan bu sürücüləri 40 manat cərimə gözləyir.

Məqalədə : taksi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47126

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45305

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46875

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46495

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52041

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46185

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46663
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 07:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru