Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2017
10:12
Tütün toxumları və tinglər üçün gömrük rüsumu alınmayacaq

Sabahdan Azərbaycana gətirilən tütün toxumları və tinglər gömrük idxal rüsumuna cəlb edilməyəcək.

Nazirlər Kabineti bununla bağlı  “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edib.

Aprelin 22-də dərc edilən bu qərar 30 gün sonra, mayın 23-də qüvvəyə minir. İndiyə qədər qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 12-ci qrupda (Yağlı toxum və meyvələr, digər toxum, meyvələr və taxıl, dərman bitkiləri və  texniki məqsədlər üçün bitkilər, saman və yem) 1209 99 990 0 alt yarımmövqeyindəki digər mallar gömrük dəyərlərinin 3 faizi həcmində gömrük idxal rüsumuna cəlb edilib. Dəyişikliyə əsasən, tütün toxumları ayrıca sətirdə göstərilməklə, gömrük idxal rüsumundan azad edilir, bu kateqoriyadan olan digər mallar isə yenə 3 faiz gömrük idxal rüsumuna cəlb olunur.

Digər dəyişiklik tinglərlə bağlıdır. İndiyə qədər “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 6-cı qrupda olan canlı ağaclar və digər bitkilər (bitkilərin kökləri, soğanaqları və digər analoji hissələri, kəsilmiş çiçəklər və dekorativ bitkilər), o cümlədən üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) gömrük idxal rüsumuna cəlb edilməyib. Dəyişikliyə əsasən, ting və üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) istisna ilə, bu kateqoriyada digər ağaclar, kollar və kolluqlar (peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər) gömrük dəyərlərinin 15 faizi həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.

Məqalədə : Tütün tinglər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bulvarda 1 nəfər dənizə düşdü

25

Fevral
10:59
HÜQUQ,HADİSƏ
85

Fəhlə "KamAz"ın altında qalıb öldü

25

Fevral
10:56
HÜQUQ,HADİSƏ
105

Azərbaycan şəhidinə vida edir

25

Fevral
10:36
ÖLKƏ
181

Atəşkəs rejimi 27 dəfə pozulub

25

Fevral
09:42
BÖLMƏNİ DÜZ SEÇ!
260

Xarici valyutaların manata qarşı məzənnələri

25

Fevral
09:25
İQTİSADİYYAT
279

Neft yenidən bahalaşıb

25

Fevral
09:19
İQTİSADİYYAT
311

Bu gün ilk çərşənbədir

25

Fevral
08:00
ÖLKƏ
427

MSK müraciətləri araşdırır

24

Fevral
16:31
ÖLKƏ
361
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 11:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru