
Azərbaycanda növbəti əfv fərmanının iyun ayında veriləcəyi barədə məlumatlar var. Redaksiyamıza daxil olan məlumata görə, 423 nəfəri əhatə edən sonuncu əfv sərəncamı bu ilin martında verildiyi üçün 28 May Respublika günündə əfv olmayacaq. Mənbəmizin dediyinə görə, əfvin iyun ayına ertələnməsinin mühüm səbəbləri var. Belə ki, iyunun 26-27-si Ramazan bayramı qeyd olunacaq. 2017-ci il ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Üstəlik, ölkəmiz hazırda davam edən çox mühüm yarışmaya – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Odur ki, növbəti humanist addımın məhz bu münasibətlə atılması olduqca məntiqli görünür. Qeyd edək ki, 26 iyun hə də Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü kimi qeyd olunur və bu il ordumuzun 99 yaşı tamam olacaq. İki əlamətdar bayram münasibətilə əfvin imzalanması hər kəsin ürəyincə olardı.
Düzdür, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilməyib. Ancaq mütəmadi şəkildə komissiyaya müraciətlərin ünvanlandığını nəzərə alsaq, iclasların qarşıdakı zaman kəsiyində də keçirilməsi mümkündür. Onu da qeyd edək ki, əfv sərəncamları çox hallarda Novruz bayramı, yaxud 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə imzalanıb. Lakin prezidentin müstəsna səlahiyyətlərinə daxil olduğu üçün dövlət başçısı istənilən zaman bununla bağlı qərarını verə bilər. Yeri gəlmişkən, 2012-ci ilin 22 iyununda bir sıra tanınmış siyasiləri də əhatə edən 66 nəfərə şamil olunan əfv fərmanının imzalanması da faktdır.
İnsan haqları müdafiəçisi, Dilarə Əliyeva adına Qadınları Müdafiə Cəmiyyətinin rəhbəri, Novella Cəfəroğlu Musavat.com-a açıqlamasında gözləntilərin əbəs olmadığın bildirdi: “Növbəti əfv fərmanının konkret nə zaman imzalanacağını dəqiq bilmirik, amma biz də ümidlə gözləyirik. Düdür, hələ Prezident yanında Əfv Məsələləri Komissiyası toplaşmayıb, lakin bizim dəqiq məlumatımız var ki, əfv olacaq. Çünki müəyyən şəxslərlə görüşlər olur, bu istiqamətdə iş gedir”. N.Cəfəroğlu dedi ki, onlardakı siyasi məhbusların siyasında 34 nəfərin adı var və o şəxslərin də əfvə salınacağına ümid edir: “Beynəlxalq təşkilatlarda da bununla bağlı arzu-istək var. Onların buraxılması Qərblə münasibətləri də xeyli yumşaldar. Hələlik gözləyirik”.

İsraildə müəsir raket istehsalı zavodunda güclü partlayış - VİDEO
21
Aprel
Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb
21
Aprel
Zelenski ehtiyatda olan hərbçilərin xidmətə çağırılması haqda qanun imzaladı
21
Aprel- 21-04-2021 13:59 DİN-də yeni TƏYİNAT
- 20-04-2021 11:09 AİP-in sədr əvəzi Hacı İlham Əliyevin məhkəməsi keçirilib
- 19-04-2021 13:24 Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi
- 15-04-2021 11:52 Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi
- 14-04-2021 14:53 Yol polisi uşağı xidməti maşınla vuraraq öldürdü
- 12-04-2021 17:09 İki icra başçısının həbs müddəti uzadıldı
- 12-04-2021 11:45 DİN Qubad İbadoğlunun qızının iddialarını araşdırır
- 10-04-2021 10:35 Polis əməliyyat keçirdi, həbs edilənlər var - VİDEO
- 09-04-2021 14:52 Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
- 09-04-2021 11:43 Bakıda evdən 10 min manatlıq oğurluq edildi
- 08-04-2021 15:21 İki şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb
- 08-04-2021 15:04 Müəllim onlayn dərsə hazırlaşarkən vəfat etdi
- 07-04-2021 14:38 Məktəb direktoruna cinayət işi açılıb
- 07-04-2021 10:58 Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor həbs edildi
- 06-04-2021 17:21 Ağdaş Mərkəzi Xəstəxanasının rəhbərinə cinayət işi açıldı
- 06-04-2021 16:40 Qara maska, oyuncaq tapança, saxta paqonlar - FOTO
- 05-04-2021 11:23 Rasim Quliyevin həbsi ilə bağlı - Rəsmi açıqlama
- 03-04-2021 11:19 Hacıbala Abutalıbovun “sağ əli” HƏBS EDİLDİ - FOTO
- 02-04-2021 15:40 "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda dəyişiklik
- 02-04-2021 14:25 Prokuror Hacı İlham Əliyeva 18 il iş istədi
- 31-03-2021 12:28 Hüseyn Abdullayev vətəndaşlıqdan çıxmaq istəyir
- 31-03-2021 10:57 Ödəmə terminallarından 25 min oğurluq edənlər saxlanılıb
- 30-03-2021 19:11 Prokuror Yunis Səfərova ömürlük cəza istəyib
- 30-03-2021 16:59 Baş Prokurora yeni köməkçi təyin olunub
- 30-03-2021 14:32 Məhkəmə Rövşən Əkbərovla bağlı qərar verdi