Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2017
14:16
Azərbaycanda vərəmə yoluxanların sayı azalıb

"Hazırda Azərbaycanda 9 minə yaxın vərəm xəstəsi var və onların təxminən yarısı yeni yoluxanlardır".

Bunu Səhiyyə Nazirliyinin Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova keçirdiyi tədbirdə deyib.

Onun sözlərinə görə, son illər Azərbaycanda da vərəmə yoluxanların sayında azalma müşahidə olunur: "Vərəmə yoluxanların əksəriyyəti kişilər olur, onların yaş həddi də əsasən 25-40 yaş arasında olur. Təbii ki, vərəm xəstələri arasında ölüm halları qeydə alınır. Vərəm ağır xəstəliklərdəndir, gecikmiş hallar, dərmanlara davamlı hallar olur. Amma ümumilikdə ölüm hallarının azalması müşahidə olunur".

H.Qədirova bildirib ki, vərəm xəstələrinin faiz göstəricisi daha çox cənub bölgəsində müşahidə olunur: "Vərəm xəstəliyinin əsas uğurlu müalisəci vaxtında müraciət etməkdir. Əks təqdirdə xəstəliyin yayılmasına şərait yaradır".

İnstitut direktoru vurğulayıb ki, ölkədə vərəm xəstələrinin müayinə və müalicəsi pulsuz aparılır: "Vərəm əleyhinə dərmanlar həm Səhiyyə Nazirliyi, həm də Qlobal Fond tərəfindən alınaraq xidmət mərkəzlərinə verilir. Eyni zamanda, vaxtaşırı olaraq xəstələrin vəziyyəti ilə bağlı monitorinqlər aparılır". (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4508

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3613

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5321

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5364

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6596

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5076
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 17:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru