Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2017
10:32
3154
Ağsu aşırımında yol genişləndiriləcək - VİDEO

Xüsusən qış aylarında sürücülər Ağsu aşırımında avtomobil idarə etməkdə böyük əziyyət çəkirdilər. Çünki bu yolda bir çox hallarda sürüşmələr olurdu və yol deformasiyaya uğrayırdı. Artıq bu problemlər tam aradan qaldırılacaq. Belə ki, yolun yenidən qurulması üçün layihə hazırlayıb.

Sürücülərin əziyyət çəkdiyi və sürüşmələrin ən çox olduğu Ağsu dolayları əsaslı şəkildə yenidən qurulacaq. "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sözügedən yolun böyük bir hissəsində yenidənqurma işləri həyata keçirəcək

Bu işlər zamanı Ağsu dolaylarında genişlənmə işləri aparılacaq. İki zolaqdan ibarət olan Ağsu dolayları bəzi hissələrdə 3 zolaq olacaq. Bu da avtomobillərin rahat hərəkəti üçün nəzərdə tutulur. Layihə çərçivəsində yolun ən təhlükəli yerlərində genişləndirmə işləri də aparılacaq.

Dolaylarda yağış və qrunt sularının ərazidən uzaqlaşdırılması üçün küvetlər inşa ediləcək. Bundan əlavə, sürüşmələrin qarşısını almaq məqsədi ilə mühəndis qurğuları da inşa ediləcək.

Hazırda layihənin təkmilləşdirilməsi üzərində işlər aparılır və yolun gələn il təmir edilməsi planlaşdırılır. ("Xəzər TV”)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
151

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
86

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
66

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
65

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
168

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
189

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
116

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
124
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 16:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru