Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2017
14:29
İslamida iştirakçılarının yerləşdirilməsini və qidalanmasını dövlət təmin edir

IV İslam Həmrəyliyi Oyunları İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək.

Bunu İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz Əl-Nassar Bakı-2017 İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan bütün obyektləri yüksək səviyyədə təmin edib: "İnanırıq ki, İslam Həmrəyliyi Oyunları tarixində Bakı-2017 ən yüksək səviyyədə keçirilən yarışlardan biri olacaq. Bu oyunlar islam ölkələri arasında əlaqələri daha da gücləndirəcək. Yarışlara bu cür yüksək diqqət göstərdiyinə görə Azərbaycana təşəkkür edirik".

Gənclər və idman naziri Azad Rəhimov isə deyib ki, AzərbaycanIV İslam Həmrəyliyi Oyunları çərçivəsində heç bir idmançının yol xərcini ödəmir.

O bildirib ki, hər bir idmançı Azərbaycanda qalmağa və qidalanmağa görə 50 dollar vəsait verir: "Buna Atletlər Kəndində qalmaq və qidalanmaq daxildir. Hansı ölkələr ki, bizə müraciət edib, biz onlara qalmaq və qidalanmaqla bağlı köməklik göstərmişik".

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə : İslamiada idmançılar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
60833

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58541

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60238

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
59878

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65444

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59702

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
59869
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2021 10:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru