Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2017
22:04
Tramp dini azadlıqlar haqqında fərman imzalayıb

Bu gün ABŞ prezidenti Donald Tramp dini azadlıqlar haqqında fərman imzalayıb.  

 

FaktXəbər-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənəd dini təşkilatlara siyasətçiləri dəstəkləməyi və siyasətlə əlaqəli digər fəaliyyətlərlə məşğul olmağı icazə verir.  

 

Tramp Ağ Evdə çıxışı zamanı qeyd edib ki, bu fərman ABŞ-da din və söz azadlığını qoruyacaq. Onun sözlərinə görə, vergi qurumu siyasi çıxışlara görə dini təşkilatları bir daha təqib etməyəcək:  

 

“Mənim administrasiyam dövründə söz azadlığı kilsə, sinaqoq və digər dini obyektlərin  kandarında qalmayacaq. Hökumət fikir ifadəsinə görə dini qurumları bir daha heç bir zaman təqib etməyəcək. ABŞ heç vaxt dini diskriminasiya ilə məşğul olmayacaq. İnanclıların təqib və zorakılığa məruz qalmasına heç vaxt imkan verməyəcəyik. Biz dini azadlığı hamı üçün müdafiə edirik”.  

 

Qeyd edək ki, Trampın imzaladığı fərman “Consonun düzəlişləri” adlanan qanunu qüvvədən salıb. 1954-cü ildə sonradan ABŞ prezidenti seçilmiş senator Lindon Conson tərəfindən qəbul olunan bu qanuna əsasən, kilsə və digər dini qurumlar bu və ya digər siyasətçilərin lehinə və ya əleyhinə çıxış etdikləri təqdirdə vergi imtiyazlarından məhrum edilirdilər.  

Məqalədə : ABŞ Tramp din fərman 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6700

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5534

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7061

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7047

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9782

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6767
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 02:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru