Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

25 aprel 2017-ci il tarixində Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən İsmayıllı rayonu Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilinə Qəbələ rayonu Məmmədağalı kəndindən İsmayıllı-Qəbələ magistral yoluna çıxarkən baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində mənşəyi bəlli olmayan, dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş əti aşkar olunub.
Qəbələ Rayon Polis Şöbəsinin müraciəti əsasında Qəbələ Rayon Baytarlıq İdarəsinin əməkdaşları İsmayıllı rayonu Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilində aşkar edilmiş, avtomobilin yük yerinə necə gəldi yığılmış, antisanitar şəraitdə daşınan, üfunətli iy verən, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq baxışından keçməyən dərisi soyulmamış at ətindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Avtomobildə aşkar olunan şaqqalara bölünən at cəmdəyi isə müayinələr başa çatana kimi Qəbələ Rayon Baytarlıq İdarəsinin soyuducu kamerasına yığılaraq, müvəqqəti saxlanca qoyulub. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, İsmayıllı rayonunun Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində aşkarlanan, müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş at cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilib.
Qərara uyğun olaraq aprelin 28-də aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Qəbələ rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə kütləvi informasiya vasitələrinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.
- 01-05-2017 13:08 Bakıda intihar edən polis mayorunun son sözləri - FOTO
- 01-05-2017 12:41 İntihar edən yeniyetmə ilə bağlı bəzi təfərrüatlar var
- 01-05-2017 10:07 Ölkədə daha bir azyaşlı intiharı
- 28-04-2017 15:49 At əti satmaq istəyən daha bir nəfər tutuldu
- 27-04-2017 13:36 DYP maşını qaydanı pozub, qəza törətdi - ölənlər var
- 26-04-2017 09:30 Tovuzda filial müdirini qətlə yetirən şəxs gizlətdiyi pul torbasını verdi
- 25-04-2017 21:43 Bakıda təcili yardımın sürücüsü və tibb bacısı döyüldü - VİDEO
- 25-04-2017 12:28 Bakıda fəhlə binadan yıxılaraq ölüb – VİDEO
- 25-04-2017 12:00 Hacıqabulda cücələrin kütləvi ölümünün səbəbi açıqlanıb
- 25-04-2017 11:25 Masazırda ağır yol qəzası "Kamaz" "Opel"ə çırpılıb - FOTO + VİDEO
- 25-04-2017 09:51 Bakıda “təcili yardım”ın sürücüsü və tibb bacısı döyüldü — FOTO
- 24-04-2017 16:02 Döyülən hamilə qadın körpəsini itirdi
- 24-04-2017 15:24 Hollandiyada Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlanıb - VİDEO
- 24-04-2017 09:14 Bakının gecə klubunda dava düşdü: xəsarət alanlar var - FOTO
- 22-04-2017 20:04 Azərbaycanda vəzifəli şəxsi iş otağında öldürdülər
- 22-04-2017 10:51 Bakıda qadın paltar asarkən yıxılaraq ölüb
- 21-04-2017 10:28 Bakıda "Mercedes" "London taksisi"nə çırpıldı: 5 yaralı - FOTO-VİDEO
- 20-04-2017 21:29 Metroda qatar relsinə yıxılan şəxs narkotik aludəçisi olub
- 20-04-2017 21:18 Mikroavtobus qəzasında xəsarət alanların kimliyi bilindi - Siyahı-FOTO
- 20-04-2017 16:23 Rusiyada azərbaycanlılar arasında kütləvi bıçaqlaşma olub, ölən var
- 20-04-2017 12:38 Bakıda keçmiş məhkum polislərin üzərinə kimyəvi məhlul atıb, özü isə intihar edib
- 20-04-2017 12:27 Falçılıqla məşğul olan 82 yaşlı kişinin meyiti tapıldı
- 20-04-2017 09:54 Bakıda iki nəfər güllələnib
- 19-04-2017 08:28 1 ay əvvəl işdən çıxarılan polis rəisi qəzada öldü
- 18-04-2017 09:40 Tovuzda müəllim uşağı belə döydü - VİDEO

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
26-04-2018 03:38
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]