Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2017
14:18
Azərbaycanlı gəncin videosu dünya üzrə ilk 10-luqda yer aldı - VİDEO

Bu yaxınlarda Azərbaycanın mədəniyyət və incəsənət sahəsində xüsusi bir uğura imza atılıb. Belə ki, azərbaycanlı gənc Kamran Səfərəlizadə Amerikada UNESCO Sülh Mərkəzi (UNESCO Center for Peace) və UNESCO Klubları, Mərkəzləri və Asossiyasiyalarının Birləşmiş Ştatlar Federasiyası (U.S. Federation of UNESCO Clubs, Centers and Associations) tərəfindən təşkil edilmiş UNESCO klubları 2017 Dünya üzrə Gənclərin Multimediya Yarışmasında (UNESCO Clubs 2017 Worldwide Youth Multimedia Contest) ölkəmizi təmsil edərək, hazırladığı video-animasiya ilə ilk 10-luğa daxil olmağı bacarıb. 

FaktXəbər-in məlumatına görə, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqında Multimediya Menecer vəzifəsində çalışan Kamran Səfərəlizadə eyni zamanda Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsidir. Gənc yaşında belə bir uğura imza ataraq Kamran beynəlxalq yarışmalarda ilk dəfə olaraq Azərbaycanı “hərəkətli qrafik dizayn” (motion graphic design) ilə təmsil etməyi bacarıb. 

76 ölkə və 600-dən çox iştirakçının arasından finala yüksələrək ilk 10-luğa daxil olan gəncimiz yarışmanın mövzusuna uyğun olaraq öz videosunda, qaçqınların probleminin qlobal problemə çevrilməsini və həlli yollarını “hərəkətli qrafik dizayn” (motion graphic design) vasitəsilə göstərməyə çalışıb. Bundan əlavə video-animasiyada Azərbaycanın qaçqın və məcburi köçkün problemləri  problemi də öz əksini tapmış, 1947-ci ildən başlayan Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası prosesləri də qabarıq şəkildə göstərilib. 

Video-animasiya ilə UNESCO-nun diqqətini özünə cəlb etməyi bacaran Kamran Səfərəlizadə bununla bağlı fikirlərini bölüşüb: “Əlbəttə ki,  dünya üzrə 700-ə yaxın iştirakçı arasından ilk 10-luğa düşmək çox sevindirici haldır. Amma bundan da önəmlisi Azərbaycanın daxili probleminin beynəlxalq dərəcədə qəbul edilib, tanınmasıdır. Bu yarışmanın elanını gördükdə mövzunun birbaşa olaraq Azərbaycana da aid olması məndə bu yarışmaya qatılmaq üçün böyük bir motivasiya yaratdı. Bu video-animasiya özündə bir çox informasiyanı daşıyır. Dünya üzrə qaçqınların problemi, tarixi və müasir aspektdən baxış bu videoda öz əksini tapır. UNESCO-dan mənə göndərilən rəsmi məktubda qeyd edilirdi ki, bu video-animasiya dünyanın hər yerində nümayiş olunacaq. Belə çıxır ki, ölkəmizin bu problemi ilə dünyanın bir çox yerlərində yaşayan insanlar da tanış olacaqlar. Azərbaycanın adının okeanın o tayında – Amerikada və dünyanın bir çox ölkələsində səslənməsi məndə böyük bir qürur hissi yaradır. Mənim üçün ən gözəl müküfat da məhz dünyanın bir çox ölkəsində Azərbaycan adının səslənməsində mənim də payımın olmasıdır. Bu təkcə mənim deyil, bütün Azərbaycanın uğurudur.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
197

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
180

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
171

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
185

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
192

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
306

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
296

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
303

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 20:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru