Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2017
17:08
İqtisadiyyat Nazirliyindən sahibkarlara xəbərdarlıq

İqtisadiyyat Nazirliyi may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıq edib.

Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli Sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması 2017-ci ilin may ayının 5-dən 25-dək saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir.

Təchizatı gündüz saatlarında həyata keçirilməli olan obyektlərdə bu işlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən xüsusi icazələr əsasında aparılacaq.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə təsərrüfat fəaliyyətlərinin təşkili zamanı qeyd olunanların nəzərə alınmasını və həmin işlərin müəyyən olunmuş vaxtlarda həyata keçirilməsi üçün tədbirlər görülməsini tövsiyyə edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54893

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52974

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54385

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
54149

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59579

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53828

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54170
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-12-2020 19:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru