Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Aprel

2017
11:57
959
Valyutadəyişmə məntəqələri niyə açılır? - Səbəb açıqlandı

“Valyutadəyişmə məntəqələrinin yenidən açılmasının səbəbi ölkədə makroiqtisadi sabitliyin bərpa olunması ilə bağlıdır”

Bunu açıqlamasına Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili “Valyuta tənzimi haqqında” qanuna ediləcək dəyişikliklərdən danışarkən deyib.  

Millət vəkili xatırladıb ki, valyutadəyişmə məntəqələrinin əvvəllər spekulyativ fəaliyyət göstərmələri ölkədə valyuta kursunun qalxmasına gətirib çıxarmışdı: “Onların müəyyən qanunazidd fəaliyyəti aşkar olunmuşdu. Bu kimi hallar ölkənin makroiqtisadi sabitliyinə mənf təsir etmişdi. Ancaq indi ölkədə maliyyə sabitliyi bərpa olunub.  Hazırda qarşıda duran əsas məqsəd iqtisadi aktivliyin artırılmasıdır.

Eyni zamanda məntəqələrin yenidən açılmasının səbəblərindən biri də ölkədə beynəlxalq səviyyəli tədbirlərin, idman yarışlarının keçirilməsidir.  Bu tədbirlər nəticəsində ölkəyə böyük turist axının gəlməsi gözlənilir. Onların valyuta dəyişməsi üçün daha çevik şəraitin təşkil olunmasına ehtiyac var”.

Deputatın sözlərinə görə, qanuna edilən yeni dəyişikliklərə əsasən bu fəaliyyət sahəsində sərt nəzarət tədbirləri həyata keçiriləcək: “Belə ki, əvvəlki spekulyativ fəaliyyətə bir daha yol verilməməsi üçün valyutadəyişmə məntəqələrinin fəaliyyəti qanunla sərtləşdirilir.Lisenziyalaşdırma şərtlərinə görə daha sağlam hüquqi şəxslərin seçiləcək. Bundan əlavə,  fəaliyyət zamanı kurs arasında fərqin çox olmaması da qanunla tənzimlənəcək”. (Qafqazinfo)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru