Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2017
16:03
Bakıdan Sumqayıta metrobuslar işləyəcək - YENİLİK

""Dərnəgül" və "Avtovağzal"da habların yaradılması planlaşdırılır. Bakının şimal çıxışında da bir habın yaradılması barədə düşünürük".

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli APA-ya müsahibəsində deyib. O, Bakının avtobuslarla artıq yüklənməsinə də diqqət çəkib: "İndi Bakıda 2049 avtobus var. Bakı üçün 2100 avtobus lazımdırmı? Məsələn, Türkiyənin İstanbul kimi böyük şəhərində dövlətin balansında olan 4700 avtobus var. Amma baxın İstanbulun əhalisinin sayına nəzər salın. Bundan başqa, İstanbulda marşrut avtobusları, taksi xidmətləri, ekspress xətlər, "metrobus"lar, BRTS var. Seçim imkanı çoxdur. Buna baxmayaraq, avtobusların sayı əhalinin sayına nisbətdə azdır. Bizim hesablamamıza əsasən hablar ərazisində qalan hissəyə təxminən 500-600 avtobus xətti lazımdır. Qaradağ, Ələt və digər yaxın qəsəbələrdən gələn avtobusların şəhər mərkəzinə girməsi düzgün deyil. Bu, həm əlavə tıxaclara səbəb olur, həm sakinlər, həm də sürücü uzun yol getmiş olur. Məhz buna görə, "Lökbatan" Nəqliyyatın Mübadilə Mərkəzindən (NMM) istifadə etməyə başlamışıq".

V. Kərimli əlavə edib ki, araşdırmalardan sonra əsas iki istiqamətdə yeni ictimai nəqliyyat növünü istifadəyə vermək niyyətindədirlər: " Söhbət BRTS-dən (Bus Rapid Transit System) gedir ki, bundan Türkiyədən daha çox istifadə olunur. Türkiyədə buna metrobus deyirlər və şəhərlərarası daşımalarda istifadə olunur. Biz BTRS-i Bakı ilə Sumqayıt arasında işə salmağı planlaşdırırıq. Bundan sonra ətraf qəsəbələrə də BTRS hərəkət edə bilər. Hazırda bununla bağlı tərəfimizdən təhlillər aparılır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
60938

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58667

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60365

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60010

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65579

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59813

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
59995
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2021 05:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru