Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2017
10:53
Əfqanıstanda ABŞ-ın bombaladığı tunel elə özləri tərəfindən tikilib FOTO

Cümə axşamı günü  Pentaqonun  yüksək dağıdıcı gücə malik  aviasiya bombası ilə  vurduğu tunel komleksi  elə ABŞ-ın  pulları hesabına tikilib. FaktXeber.com-un verdiyi məlumata görə, Rusiyada yaşayan Amerika xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Edvard Snouden özünün Tvitter səhifəsində bu barədə bəyan edib.

«Mücahidlərin bu tunel şəbəkəsini biz Əfqanıstanda bombalayırıq? Biz özümüz onun üçün pul ödəmişik», - deyə yazan Snouden 2005-ci ildə The New York Times da yazıdlan məqalədən  bir hissəsini də ora əlavə edib.

Nəşrdə iddia edilir ki, Əfqanıstanın şərqində Nanqarhar  əyalətində  Tora-Bora mağarasında tikinti 1980-ci illərdə  MKİ tərəfindən  maliyyələşibmiş. Vaşinqton həmin vaxt Əfqanıstanda sovet  qoşunları  kontingenti ilə döyüşən silahlılara yardım edirdi.

Xatırladaq ki, cümə axşamı günü ABŞ İŞİD terror təşkilatının yerli bölməsinin Nanqarharda  Açin mahalına aviazərbələr endirib. Amerikanın pilotsuz təyyarəsi  Pentaqonda «bütün bombaların anası» adlandırılan yüksək dağıdıcı qüvvəyə malik GBU-43  (kütlsi 9,5 tondan artıq) bombasını atıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
453

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
310

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
435

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
452
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-04-2021 20:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru