Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2017
20:38
1369
Bakıda binada uçqun: ölən və yaralananlar var - ADLAR

Bakının Səbail rayonunun Şıx qəsəbəsində istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib.

Uçqun nəticəsində ölənlərin adları məlum olub.

 

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölənlər 1983-cü Yolçuyev  Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayıl oğludur.

 

Xəsarət alanların da  adları məlum olub.​

 

Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov bildirib ki, hadisə nəticəsində xəstəxanaya 3 nəfər gətirilib. 

Bunlar 1983-cü il təvəllüdlü Orucov Ayaz Bayram oğlu, 1977-ci il təvəllüdlü Şükürov Təbriz Hüsən oğlu və 1962-ci il təvəllüdlü Mehdiyev Əmir Teymur oğludur. 

 

Onlardan birinin  vəziyyəti yüngül olduğundan bu gün evə buraxılması nəzərdə tutulur. Digərlərinin isə müalicəsi xəstəxanada davam etdiriləcək.

Baş verən uçqunla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Şıx qəsəbəsində istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqunda 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 03:36

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status