Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2017
15:54
2316
Göyçayda DYP maşını qəza törədib - FOTO

Göyçay rayonunda Dövlət Yol Polisinə (DYP) məxsus avtomobil qəza törədib. 

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə günorta saat 15 radələrində Bakı - Şamaxı - Yevlax magistralının Göyçay şəhəri Natavan küçəsindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini 1951-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi "Opel" markalı minik maşını ilə köməkçi yoldan baş yola çıxarkən magistral yolda hərəkətdə olan Göyçay Rayon Polis Şöbəsinin DYP bölməsinə məxsus Elman Əliyevin idarə etdiyi BMW markalı 99-YS-621 dövlət nömrə nişanlı avtomobillə  toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 03:47

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status